Avropa İttifaqı Ukrayna ətrafında yaranmış vəziyyətə görə Rusiyanın müdafiə naziri Sergey Şoyquya və “İnternet Araşdırmaları Agentliyi”nə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.

İnterxəbər TASS-a istinadən xəbər verir ki,bu barədə “The Wall Street Journal ” diplomatlara istinadən məlumat yayıb.

Onların sözlərinə görə, sanksiya siyahısına Rusiya Federasiyası prezident administrasiyasının rəhbəri Anton Vayno və Rusiya Hərbi Donanmasının qərargah rəisləri də əlavə olunacaq.