Xəbər verildiyi kimi, bu gün Avstriyanın paytaxtı Vyanada ATƏT-in gərargahında keçirilən “Sülh və ədalət” mövzusunda beynəlxalq tədbirdə “Soyqırım və Kütləvi Qırğınlara Qarşı Budapeşt Beynəlxalq Mərkəzi”nin sədri Giorgiy Tatar tərəfindən “Barışıq üçün etiraf et” təşəbbüsü elan edilib. Təşəbbüsün əsas məqsədləri beynəlxalq ictimayətin təsiri ilə Ermənistan tərəfindən faciənin tanınmasına nail olunmasıdır. Qeyd olunub ki, təşəbbüs insan haqları təşkilatları və nüfuzlu ekspertlərin qoşulması üçün açıqdır.
"Report" xəbər verir ki, sözügedən tədbirin aparıcısı qismində çıxış edən “Serebrenisa Anım Mərkəzi Muzeyinin” direktor müavini Amra Beqiç tədbirin sonunda emosional şəkildə çıxış edərək, Xocalı üçün ədalətin bərpasını insanlıq qarşısında borc olaraq adlandırıb. Xocalı cinayətinin Serebrenisada törədilən soyqırımla bir çox eyniliklərin olduğunu qeyd edən natiq bu təşəbbüsə qatıldığını elan edib. Sülhə töhfə vermək məqsədilə Amra Beqiç Ermənistanın Xocalı soyqırımını etiraf etməsini vacib saydığını qeyd edib.
O bütün sülhsevər insanlara müraciət edərək Xocalı soyqırımının tanınması üçün Ermənistanın rəsmi nümayəndələri, ilk növbədə Ermənistan baş naziri N.Paşinyana və sıravı ermənilərə çağırış edəcək xüsusi aksiyanın keçirilməsini təklif edib.
“Bu çağırışlarda yazacagınız cəmi üç söz – “Xocalı: Barışıq üçün etiraf et” (Khojaly:RecognizeToReconcile) regionda sülhün bərqarar edilməsi və Xocalı qurbanları qarşısında insanlıq borcumuz baxımından atacağımız ən bəsit addımdır”, - ictimai xadim vurğulayıb.
Qeyd edək ki, Amra Beqiç özü Serebrenisa soyqırımı zamanı ailəsini itirib. O, kriminalistika üzrə Niderlandda təhsil alıb, Almaniyada beynəlxalq əməkdaşlıq üzrə DVV İnstitutunda çalışıb və 2005-ci ildən Serebrenisa Memorial Kompleksində fəaliyyət göstərir.
Siyasət
Serebrenisa qurbanı Paşınyanın feysbuk səhifəsində Xocalı çağırışı edib
Siyasət
Əraqçı: İran ABŞ-la müharibəyə hazırdır, lakin diplomatiyadan hələ imtina etməyib
İdman
Millimiz Litva ilə heç-heçə etdi
Son xəbərlər
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Siyasət
Hakan Fidan BƏƏ-yə gedir
Tarix
Ərdoğandan Anım Günü ilə bağlı paylaşım
Tarix
İlham Əliyev və xanımı Zəfər parkında
İdman
İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
Siyasət
TDT XİN Şurasının iclası keçirildi
Müsahibə
İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi
Siyasət
Prezident Tacikistanın baş nazirini qəbul edib - FOTO
Son xəbərlər
Hərbçilərinin maaşı 22,8% artacaq
Son xəbərlər
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Müsahibə
Avtobusdan istifadə edən sərnişinlərə şad xəbər - FOTO
Texnologiya
NATO-nun kəşfiyyat təyyarəsi Qara dəniz üzərində...
Siyasət