Dünyada artan gərginliklər fonunda Azərbaycanın Qərbdən gələn mesaj və zənglərlə “gözə girməməsi” lazımdır…

Xankəndində ermənilərin getdikcə artan hoqqalarını ciddiyə almaq lazım olduğunu ötən yazılarımın birində qeyd etmişdim. Bu xain millətin nə sözünə etibar etmək, nə ah-naləsinə inanmaq olar. O səbəbdən deyirəm ki, ermənilərin Azərbaycan əleyhinə hər bir addımını ciddiyə almaq lazımdır, 44 günlük müharibədəki qələbə kimdəsə arxayançlıq yaratmamalıdır.


Belə arxayınçılıq rəsmi Bakıda yoxdur, Prezident Əliyev hər məqamda revanşist qüvvələrə sərt xəbərdarlığını edir. Ermənilərin Rusiya sülhməramlılarının yanında Azərbaycanın maşın karvalarının qarşısına keçərək “xoruzlanmasına” cəmiyyətin sərt reaksiyası başa düşüləndir. Azərbaycan cəmiyyəti üçün erməni obrazı 27 sentyabrdan sonra çox dəyişib. Erməni Azərbaycan ordusunun qarşısından qaçan, qorxaq, göydən atılmış bir bomba ilə yüz yerə parçalanmış bir obrazdır artıq. Azərbaycan ordusu “qəddar erməni”, “saqqalı erməni” obrazılarını darmadağın etdiyindən, indi yük avtomobilinin qarşısına çıxmalarına, yeni “seçki keçirmək” çağırışlarına dözümlü ola bilmir. O səbəbdən onların reaksiyaları səmimidir. Amma bir qrup da var ki, onlar sanki erməni dığası baş qaldıranda sevinirlər, dərhal bu mövzuda spekulyasiyalara başlayırlar. “Nə oldu, bəs Ermənistan kapitulyasiya aktı imzalamışdı…” deyib, ənənəvi siyasi manipulyasiyalara start verirlər.

“10 noyabr sənədi kapitulyasiya termininə uyğun deyil, kapitulyasiya o halda sayılır ki, düşmən qalib ölkə ilə qeyd-şərtsiz sülh müqaviləsi imzalayır və sairə…” Demək, erməni Qarabağda baş qaldıran kimi, biriləri də buralardan işə düşür. Bu kampaniyanın əsas məqsədini heç vaxt gizlətmək mümkün deyil. Hədəf əvvəlki kimi, Prezident İlham Əliyev və Azərbaycanın dövlət maraqlarıdır. Bu çevrələr əslində hər dəfə “nə oldu…” sualını ortaya atanda müharibəni qələbə ilə başa vurmuş ordunu, 44 günlük müharibənin şəhid və qazi qəhrəmanlarını da hədəfə alırlar. Bunu bilməyərəkdən edirlərsə, pisdir, amma bilərəkdən edirlərsə, bu elə Qarabağda baş qalıdırmış erməniyə dəstək vermək deməkdir.


10 noyabrda imzalanmış sənədə niyə kapitulyasiya aktı deyildiyinin səbəbi o qədər aşkardır ki, xüsusi izahata ehtiyac yoxdur. Bu sənədlə Azərbaycan üç rayonu bir güllə atmadan azad etdisə, bunun adı elə kapitulyasiya olmalıdır. Amma Ermənistanın bu sənədin xüsusilə, Qarabağdakı vəziyyətin normalaşmasını nəzərdə tutan bəndləri yerinə yetirmədiyi də aşkardır. 10 noyabrdan sonra tərəflər daha bir neçə birgə sənədlər də imzalayıblar ki, heç onlara da ermənilərin əməl etdiyini demək olmaz. Məsələn, sərhədlərin müəyyənləşməsi üçün birgə komissiyanın yaradılması neçə aydır yubanır. Bu gerçəklikləri, nəyin necə olduğunu həmin sənədlərdə imzası olan Prezident Əliyev hamıdan yaxşı bilir.

Mənim fikirimcə, gerçəklik həm də budur ki, ermənilərin artan təhdidlərinin qarşısını almaq üçün Azərbaycanın indilikdə təsir instrumenti yetərincə deyil. Nəzarət mexanizmləri əlbəttə ki, var. Hökumət xəbərləri bizim kimi saytlardan oxumur. Nə baş verdiyini bizdən əvvəl və bizdən də yaxşı bilirlər. Xankəndi və ətrafında antiterror əməliyyatları keçirilməsi çağırışıları da, eləcə də ermənilərin nəzarətdən çıxmaları, “yaz hücumu” hazırlaması real deyil.


Ermənilər Qarabağdakı vəziyyətlərini yaxşı bilirlər, nə olsa belə, onların əvvəlki “status-kvo” durumuna gəlməsi mümkünsüzdür. Dünya Qarabağda “erməni problemi” olduğunu əvvəlki kimi canı-dildən qəbul etmir, əksinə, daha candərdi qəbul edir.


Amma… Qarabağda gərginlik rus əsgərinin avtomatı arxasından tətiklənməyə çalışılırsa, bu artıq başqa avaz, fərqli havadır. Əlbəttə, Rusiyanın erməni ilə yüz illiklərə dayanan işbirliyi var, Qarabağda bir-birlərini yeni tanımayıblar. Rusiyanın ikinci Qarabağ müharibəsindəki mövqeyi bu problemi bu həddə həll etməyə imkan verdi. Rusiya mövqe tutduğu Xankəndi və ətrafını da Azərbaycan ərazisi kimi tanıyır. Bunu kimsə inkar edə bilməz. Amma Rusiya dəyişən dünyanın dəngələrinə uyğun siyasət yürütüməyə məcburdur.

Son aylar Rusiya ətrafında baş verənlər bəzi dəngələri dəyişib. ABŞ və NATO Rusiyanın ciddi şəkildə təkləndiyi rəyini yaratmağa çalışır. Bu prosesə Azərbaycanı da qatmaq cəhdləri var. Təəccüblü deyil ki, başda ABŞ olmaqla, Qərblə Rusiya arasında şiddətlənməkdə olan geosiyasi çəkişmədə tərəflər mümkün qədər öz düşərgələrinə daha çox müttəfiq cəlb etməyə çalışır.

Avropanın təbii qaza ehtiyacı var, bunun üçün Azərbaycana ağız aça bilər. NATO baş katibi-hansı ki, Bakıya zəngindən sonra Rusiya XİN-in sözşüsü Zaxarova onu “vurulmuş NATO təyyarəsi” adlandırmışdı-Əliyevə zəng edib Ukrayna məsələsini də müzakirə edə bilər. Eləcə də Rusiyanın düşmənləri sırasında olan Polşa prezidentinin də Bakıya zəng etməsinin xüsusi səbəbləri ola bilər. Məsələn, nəzərə alsaq ki, Polşa bu ilin yanvarından ATƏT-ə sədrlik edir.

Fəqət, biz istəsək də, istəməsək də, qəbul etməliyik ki, Azərbaycanın Qarabağ adlanan həssas bir bölgəsi var. Rəsmi Bakının qarşısında Qarabağın və işğaldan azad digər bölgələrin yaralarını sağaltmaq kimi çətin iş durur. Bir tərəfdə isə Qarabağa qayıtmış erməni köçmənlərlə bağlı “yaranın irinləməməsi” kimi vəzifə də var. Mənim şəxsi qənaətimcə, dünyada artan gərginliklər fonunda Azərbaycanın “gözə girməməsi” lazımdır. Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatına üzvdür və hazırda ona uğurla sədrlik edir. Azərbaycan necə deyərlər, qarışıq dövrdə Hərəkatın ona verdiyi siyasi xətti davam etdirməsi lazımdır. İndilikdə hansısa qütbə meyillənmək çox riskli ola bilər.

Rusiyanın Qarabağda vəziyyəti qəsdən gərginləşdirdiyini demək üçün əlimizdə ciddi faktlar yoxdur. Amma vəziyyəti gərginləşdirmək istəyən ermənilərə göz yumduğu təkzibedilməz faktdır.




Qarabağda artan gərginliyin fonunda “Turan”agentliyinin yaydığı xəbər diqqət çəkir. Agentliyin məlumatına görə, Prezident İlham Əliyevin gələn həftə Moskvaya səfəri gözlənilir. “Səfər Azərbaycan-Rusiya münasibətlərinin inkişafında, eləcə də regional təhlükəsizliyin möhkəmləndirilməsində yeni mərhələ olacaq” deyə, xəbərdə bildirilir. Maraqlıdır...

Son xəbərlər

Türkiyədə məhkəmə Netanyahunu beynəlxalq axtarışa verdi

Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs...

Arakçı Pakistan xarici işlər naziri ilə danışdı

Azərbaycan Prezidenti monqolustanlı həmkarını təbrik edib

İranın hücumları qəbuledilməzdir - Kallas

Azərbaycanda hansı şəhərlərdəki köhnə binalar söküləcək

SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı

Milli Məclis bir sıra qanunlara təklif edilən dəyişiklikləri təsdiqləyib

Makronun prezidentlikdən sonrakı planı açıqlandı

ABŞ və İsrailin İranda bir məqsədi var - Netanyahu

Cinayət işləri ilə bağlı VACİB QƏRAR: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir

Ərdoğan sakitləşməlidir - Netanyahu

Belə davam etsə, İran mövcud olmayacaq - Tramp

Rusiya Ermənistanı bu cür mühakimə edəcək

Putini nüvə zərbəsinə keçməyə çağırdılar

İlham Əliyev Qalibafa Bakının bəyanatını xatırlatdı

Abadlaşan Suraxanı

Prezidentlər Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar - FOTO

Maqdalena Qrono Azərbaycana gəlir

Tramp da onun istefaya gedəcəyini söylədi

"Brent" markalı neft BAHALAŞDI

Türkiyədə iki bələdiyyə başçısı saxlanıldı

AB Ermənistanı öz orbitinə cəlb edir - Lavrov

ABŞ və İran arasında kritik görüşün yeri bəlli oldu

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Hakan Fidan Moskvaya gedir

Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Tramp İrana qarşı əməliyyatın bərpasına işarə etdi

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Əli Əsədov yeni qərar imzaladı

Naxçıvanda Prezident nümayəndəliyinə 1-ci kateqoriya DÖVLƏT ORQANI statusu verilir

Bütün xəbərlər