TRG-122 və TRG-230 raketləri Zərbə PUA-larına inteqrasiya ediləcək
ROKETSAN tərəfindən hazırlanan və fərqli döyüş şəraitində özünü sübut edən TRG-122 və TRG-230 raket sistemləri Zərbə PUA-larına inteqrasiya olunacaq.
Əldə edilən məlumata görə, lazerlə idarə olunan başlığa malik TRLG-122 və TRLG-230 raket sistemlərinin daha əvvəl inteqrasiya ediləcəyi ifadəsi “maddi səhv” hesab olunur. Zərbə PUA-larına inteqrasiya olunacaq TRG-122 və TRG-230 raket sistemlərinin mövcud sursat həlləri ilə birlikdə havadan yerüstü hədəflərə qarşı istifadə edilməsi planlaşdırılır.
ROKETSAN şirkəti tərəfindən hazırlanan TRG-122 sistemi daha öncə dəniz platformasından atəş açmaqla istifadə edilib və uğurlu şəkildə hədəfi vurub. Quru raketləri olaraq inkişaf etdirilən raket sisteminin dəniz platformasına inteqrasiyası və istifadəsi ilə əldə edilən “nou-hau” digər sistemlərə də ötürülə bilər.
ROKETSAN şirkəti tərəfindən hazırlanan və istehsal edilən TRG-122 raketi yüksək dəqiqliyi və dağıdıcı gücü sayəsində 16 km-dən 35 km-ə qədər yüksək prioritetli hədəflərdə güclü və təsirli atış etmə qabiliyyətinə malikdir. Hal-hazırda TRG-122 Yaylım Atəşli Reaktiv Sistemdən (YARS) buraxılan bir raket olaraq hədəf üzərində təzyiq yaratmaqla yanaşı, zərbə PUA-larına inteqrasiyası ilə hədəflərin işarələnməsi üçün üstünlük verilə biləcək daxili həllərin sayını da artıracaq.
TRG-122 raketi kimi TRG-230 raketi də yüksək dəqiqliyi və dağıdıcı gücü sayəsində 20-70 km mənzil aralığında yüksək prioritetli hədəflərdə sıx və təsirli atəş gücü yaradır. TRG-230 raketi ROKETSAN tərəfindən hazırlanan K+ silah sistemi və çoxməqsədli YARS ilə uyğun interfeysləri olan müxtəlif növ platformalardan işə salına bilər.
Taktiki-Texniki Xüsusiyyətləri
Çapı: 122 mm
Çəkisi: 76 kq
Mənzili: 18 - 30 km
İdarəolunması: Qlobal Naviqasiya Sistemi + Qlobal Peyk Naviqasiya Sistemi
Nəzarət: Elektromexaniki sürücü sistemli aerodinamik nəzarət
Yanacaq növü: Kompozit qatı
Döyüş başlığı çəkisi: 13 kq
Döyüş başlığının təsirli radiusu: ≥ 40 m
Dairəvi sapma ehtimalı (CEP): ≤ 15 m
Siyasət
TRG-122 və TRG-230 raketləri Zərbə PUA-larına inteqrasiya ediləcək
Müsahibə
Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"
Son xəbərlər
Rusiyaya hücum: Neft zavodu yandı
Siyasət
Ceyhun Bayramov çinli həmkarı ilə nələri müzakirə etdi? - Foto
Siyasət
İsrail prezidenti Azərbaycana gəldi
İqtisadiyyat
Kartdan-karta pul köçürmələri ilə bağlı yeni qərar - Tariflər
Siyasət
Avropanın Rusiyaya münasibəti dəyişməyəcək - Knaysl
İqtisadiyyat
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"
Son xəbərlər
Türkiyədən Moskvaya uçan təyyarələr geri qayıtdı
Son xəbərlər
İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi
Siyasət
İlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Foto
İqtisadiyyat
İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı
Siyasət
AB yüzminlərlə rusiyalı ilə bağlı qərar verəcək
Siyasət
Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
Siyasət
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Son xəbərlər