Freyd sevgi haqda nə demişdi?
Dahi psixoanalitik Ziqmund Freyd psixologiya və fəlsəfə sahəsində inqilab etmiş insanlardandır.
Bütün ömrünü insan psixologiyasını çözməyə həsr etmiş Freydin yazdıqları, fikirləri bu gün də müzakirə mövzusudur. Onu qəbul edənlər olduğu kimi, etməyənlər də var.
Freydin həyat haqda söylədiyi 10 fikri təqdim edirik.
1. "Həyatın məqsədi ölümdür".
2. "İnsanı həyatda saxlayan iki faktor var: işini sevməsi və həyatı sevməsi".
3. "Zəifliklərimiz gücümüzdür". (Bir insan özünün zəif tərəflərini qəbul edərsə, qarşısındakı adamın ona qarşı istifadə edə biləcəyi heç nə qalmaz.)
4. "Sevgi yoxdur, libido var". ("Libido" - seksual ehtiras və cinsi instinkt)
5. "İnsan düşündüyümüzdən daha əxlaqlıdır və ağlımıza gətirməyəcəyimiz dərəcədə əxlaqsızdır".
6. "Yuxular şüuraltına gedən yoldur". (Yuxular şüuraltımızda olanları ortaya çıxarır. Freydə görə yuxu gələcəkdən yox, keçmişdən xəbər verir.)
7. "Əsəb xəstəliyi qeyri-müəyyənliyə tolerant yanaşa bilməməkdir".
8. "İnsan hücumlara qarşı özünü müdafiə edir, amma təriflərə qarşı müdafiəsizdir".
9. "Qadınları anlamaq üçün bir labirinti düz yola çevirmək lazımdır".
10. "Gücü və qüvvəni həmişə çölümdə axtardım. Amma bunlar insanın içindən gəlir. Və hər zaman ordadırlar".
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay