Ruhani kriptovalyuta fəaliyyətinin leqallaşdırılmasına çağırır » İnterxəbər.Az
interxeber.az » Siyasət » Ruhani kriptovalyuta fəaliyyətinin leqallaşdırılmasına çağırır


Ruhani kriptovalyuta fəaliyyətinin leqallaşdırılmasına çağırır

9-06-2021, 08:25
Oxunub: 259
Çap et
İran Prezidenti Həsən Ruhani ölkədə kriptovalyuta fəaliyyətinin leqallaşdırılmasına və bu sahəyə investisiya qoyan vətəndaşların kapitalının qorunması üçün lazımi addımların atılmasına çağırıb.

İRNA-nın xəbərinə görə, Ruhani bu sahədə dinamik bir strategiya hazırlanmalı olduğunu və kriptovalyutaların ölkənin makroiqtisadiyyatındakı rolu ilə əlaqədar bütün lazımi tədbirlərin görülməsini vurğulayıb:

“Kriptovalyuta fəaliyyətini leqallaşdırmaq və bu sahədə xalqın kapitalını qorumaq üçün əlaqədar nazirliklər tərəfindən mümkün qədər tez həll yolu tapılmalı, lazımi qanunlar və təlimatlar hazırlanmalı və təbliğ edilməlidir”.
Reytinq: