Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Ali Məhkəmənin Baş prokuroru Bəkir Şahin Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, prokurorluq orqanlarının həyata keçirdiyi əməkdaşlığın bu münasibətlərin inkişafı baxımından önəmi qeyd olundu.
Söhbət zamanı Türkiyənin bu sahədəki təcrübəsinə toxunuldu, Azərbaycanda prokurorluq sahəsində aparılan islahatlardan danışıldı.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Siyasət
İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib
Siyasət
Çində məmurların əmlakları üzərində nəzarət gücləndiriləcək
Siyasət
Tramp Netanyahu ilə razılaşmadı: İrana hücum...
Siyasət
İsveç xüsusi təyinatlıları rus gəmisini ələ keçirdilər
Siyasət
Vuçiç uduzdu, Serbiyada həbslər başladı
Son xəbərlər
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
Siyasət
Bolqarıstanda prezident seçkilərinin ikinci turu başlayıb
Tarix
İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi
Siyasət
İran Britaniyanın Hərbi Dəniz və Hərbi Hava qüvvələrini terrorçu təşkilat elan etdi
Siyasət
Dövlət Baxçalı Azərbaycana dəvət olundu
Siyasət
Bəhreyndə Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olundu
Siyasət
Türkiyə bizə bu təklifi çatdırdı - Rubio
Son xəbərlər
Almaniyanın 30-dan çox şəhərində gənclərin etirazları başlayıb
Hadisə
Rusiya Ukrayna üçün yük daşıyan gəmini vurdu
İdman
Hər kəs Bakıda buna aşiq oldu - Venger
İqtisadiyyat