Baş nazir Əli Əsədov mayın 20-də G.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetində olub.
“Qafqazinfo” xəbər verir ki, ulu öndər Heydər Əliyevin 1970-ci illərdə gənclər və təhsil siyasətinin tərkib hissəsi kimi yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin ayrı-ayrı şəhərlərindəki ali təhsil müəssisələrində təhsil alıb Azərbaycana qayıdaraq müxtəlif sahələrdə çalışırlar.
Baş nazir Əli Əsədov Ulu Öndərin təhsil almaq üçün ölkə xaricinə göndərdiyi gənclərdən biri olub və 1974-1978-ci illərdə Moskva Xalq Təsərrüfatı İnstitutu, hazırda isə Rusiya İqtisadiyyat Universiteti adlanan bu ali məktəbdə təhsil alıb.
Baş nazir Əli Əsədov Elmi Şurada çıxış edib və ulu öndər Heydər Əliyevin müstəqillik dövründə apardığı iqtisadi islahatların mahiyyəti və hədəfləri haqqında danışıb, hərtərəfli düşünülmüş neft strategiyasının bugünkü müsbət nəticələrini qeyd edib.
Baş nazir Prezident İlham Əliyevin bazar iqtisadiyyatı istiqamətində apardığı islahatlar, müasir tələblərə cavab verən enerji siyasətinin əsas prinsipləri və perspektivləri, investisiya mühiti barədə məlumat verib, iqtisadi və enerji siyasətinin qənaətbəxş sosial nəticələri haqqında danışıb, son illərdə Azərbaycanın yüksək beynəlxalq reytinqlər qazandığını qeyd edib.
G.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Elmi Şurasının qərarı ilə Baş nazir Əli Əsədova Fəxri doktor adı verilib və bugünkü tədbirdə doktorluq mantiyası ona təqdim olunub.
Siyasət
Əli Əsədova Rusiyada Fəxri doktor adı verildi
Müsahibə
Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"
Son xəbərlər
Rusiyaya hücum: Neft zavodu yandı
Siyasət
Ceyhun Bayramov çinli həmkarı ilə nələri müzakirə etdi? - Foto
Siyasət
İsrail prezidenti Azərbaycana gəldi
İqtisadiyyat
Kartdan-karta pul köçürmələri ilə bağlı yeni qərar - Tariflər
Siyasət
Avropanın Rusiyaya münasibəti dəyişməyəcək - Knaysl
İqtisadiyyat
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"
Son xəbərlər
Türkiyədən Moskvaya uçan təyyarələr geri qayıtdı
Son xəbərlər
İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi
Siyasət
İlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Foto
İqtisadiyyat
İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı
Siyasət
AB yüzminlərlə rusiyalı ilə bağlı qərar verəcək
Siyasət
Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
Siyasət
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Son xəbərlər