İranın İnqilab Keşikçiləri Korpusunun “Qüds” xüsusi təyinatlı qüvvələrinin əfsanəvi komandanı, general Qasım Süleymaninin 2020-ci il yanvarın əvvəllərində Bağdad aerportu yaxınlığında necə öldürüldüyünə dair yeni məlumatlar yayılıb.
Virtualaz.org xəbər verir ki, generalın mobil nömrəsinin ABŞ kəşfiyyatına İsrail tərəfindən ötürüldüyü məlum olub. Bu haqda “Yahoo News” nəşri yazır.
Bildirilir ki, İsrail kəşfiyyatı general Süleymaninin üç ayrı mobil telefon nömrəsini əldə edib və onu Amerika kəşfiyyatına ötürüb. Nəticədə ABŞ pilotsuz təyyarəsindən buraxılan “Hellfire” (“Cəhənnəm odu”) raketləri onun olduğu avtomobili hədəf alıb.![]()
Süleymani 2020-ci il yanvarın 2-nə keçən gecə Dəməşqdən Bağdada uçub, Bağdad aerportunu tərk edərkən öz yaxın ətrafı ilə birlikdə ABŞ-ın raket zərbələri ilə öldürülüb. Bildirilir ki, “Delta Force” xüsusi təyinatlı qüvvələrinin üç snayper qrupu generalı yerdə izləyirdi, havada isə 3 Amerika pilotsuz təyyarəsi onu təqib etməkdə idi.
“ABŞ hərbi məmurunun sözlərinə görə, Süleymani Dəməşqdən Bağdada uçmazdan 6 saat əvvəl 3 dəfə mobil telefonunu yandırıb-söndürüb. ABŞ-ın xüsusi əməliyyatlar üzrə Birləşmiş Komandanlığı Süleymaninin mobil telefonlarını izləmək üçün İsrail kəşfiyyatı ilə işləyib. İsrail kəşfiyyatı onun telefon nömrələrini amerikalılara verib və Süleymani həmin telefonların köməyi ilə Bağdada qədər izlənilib”,-məlumatda deyilir.
Süleymaninin və onu müşaiyət edənlərin avtomobilinə dalbadal 2 “Hellfire” buraxılıb, nəticədə general və daha 5 nəfər həlak olub.
Siyasət
Generalın nömrəsini İsrail ötürdü, ABŞ-ın “cəhənnəm odu” hədəfə şığıdı - Qasım Süleymani necə öldrülürüb...
Siyasət
Pedro Sançes: İnflyasiyanın əsas səbəbi İrandakı müharibədir
İqtisadiyyat
Avropaya tədarükdən heç vaxt imtina etməmişik - Putin
Hadisə
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Son xəbərlər
Sabah hava meteohəssas insanlara necə təsir edəcək?
Tarix
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Siyasət
Müharibə bütün cəbhələrdə sona çatmalıdır, yoxsa... - Arakçı
Müsahibə
Tramp riyazi bacarıqları ilə öyündü: "Mənə lazımi qiymət verilmir"
İdman
Canni İnfantino İlham Əliyevə təşəkkür etdi
Tarix
Bakıda tarixi bina təmir olunacaq - 2,8 milyon ayrıldı
Hadisə
Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
Müsahibə
Marko Rubio kubalıları Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa çağırdı
Siyasət
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pislədi
Siyasət
Paşinyanın növbədənkənar seçki bəyanatı iqtidarda təşviş yaratdı
İdman
Arsen Venger Bakıda keçiriləcək dünya çempionatının əhəmiyyətindən danışıb
Müsahibə