ABŞ prezidentinin səsləndirdiyi “erməni soyqırımı” ifadəsindən sonra dünyanın müxtəlif ölkələrində olan erməni lobbisinin iştahı kəskin şəkildə artdı.

Yenidən İsrailin Vaşinqtonun ardınca “soyqırımı” tanıması ehtimalı ilə bağlı söz-söhbətlər başlanıldı.

“The Times of Israel” nəşri isə xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi bunu etməyəcəklərini artıq bəyan edib.

Son illərdə İsraildə “erməni soyqırımı” mövzusu getdikcə daha çox gündəmə gətirilir. Niyə bu baş verir?

Caliber.Az-a danışan Ukrayna-İsrail məsələləri üzrə politoloq, Yaxın Şərq üzrə ekspert, Dövlət idarəçiliyi üzrə elmi doktor, “LLC Corporate Research and Consulting International Bureau”nun rəhbəri Denis Kislov bu məsələ ətrafında fikirlərini bölüşüb.

- ABŞ prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsini səsləndirəcəyi bəlli olduqdan sonra “The Jerusalem Post” qəzetində bunu təkrar etmək barədə çağırışın olduğu məqalə dərc edildi. Belə məlumatların intensivliyini nəzərə alaraq İsrailin 1915-ci il hadisələrini “soyqırım” kimi tanımağa hazır olduğuna dair hiss yaranır.

- Həqiqətən də bu məsələ İsraildə mütəmadi olaraq gündəmə gətirilir, ancaq bu İsrail-Ermənistan münasibətləri müstəvisində və ermənilərə məhəbbət səbəbi ilə edilmir. Mövzu, Türkiyə-İsrail münasibətləri prizmasından müzakirə olunur. Türkiyə tərəfindən İsrailin maraqlarına uyğun olmayan bir şey (Fələstin, Qəzza zolağı, ticarət, qaz tranziti və sair) baş verən kimi İsraildə dərhal “erməni soyqırımı” xatırladılır. Bəli, İsraildə bu məsələyə təkan verən böyük bir lobbi var, söhbət sol siyasi qüvvələrdən və erməni diasporundan gedir. Bəlkə də bəzi səviyyələrdə “soyqırım”dan danışacaqlar, ancaq İsrailin praqmatizmini nəzərə alaraq, “erməni soyqırımı”nın rəsmi olaraq tanınması olmayacaq, bunu gözləməyə dəyməz.

İsrailə Türkiyə ilə münasibətləri gərginləşdirmək sərfəli deyil. “Erməni soyqırımı”nın tanınması Azərbaycanla əməkdaşlığa mənfi təsir göstərəcək, bunu isə İsraildə istəmirlər. Hərbi-strateji sahədə Bakı ilə tərəfdaşlıq İsrail üçün faydalıdır.

Və başqa bir vacib məqam İsrail ilə dostluq üçün qurulan və ABŞ-ın keçmiş prezidenti Donald Trampın siyasəti sayəsində formalaşan “yeni ərəb birliyi” “soyqırım”ın tanınmasına necə reaksiya göstərəcək.

- Mənim danışdığım ekspertlər əminliklə bildiriblər ki, Baş nazir Binyamin Netanyahu dövründə İsrail “erməni soyqırımı”nı tanımayacaq.

...Bax mən də fikrimi ora gətirirəm. Binyamin Netanyahunun əsla getməyəcəyi “soyqırım”ın tanınması ətrafındakı oyun məhz İsrailin Baş nazirinə qarşı yönəldilmişdir. Ancaq Netanyahu tarazlığı qorumağa çalışıb və bundan sonra da çalışacaq. “Erməni soyqırımı”nın siyasi müstəvidə tanınmasını gözləməyə dəyməz.

Bəs bu mövzunun indi müzakirəsi niyə intensivləşib? Mən düşünürəm ki, Qarabağ məsələsini hesabdan silmək lazım deyil. Razılaşma, prosesləri öz xeyrinə, yəni Ermənistanın maraqlarına çevirə bilməyən Qərbin iştirakı olmadan baş verdi. Co Bayden administrasiyası indi Rusiyanı və Türkiyəni kənarlaşdırmaq üçün ötən payızdakı müharibədən sonra ortaya çıxan yeni vertikala inteqrasiya etməyə çalışır. Bunun üçün regionda onun siyasətinə bələdçilik edən Ermənistan kimi bir dövlət lazımdır. ABŞ demokratları İrəvanı çoxdan özlərinə müttəfiq seçiblər.

Son xəbərlər

Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu

Neftin qiyməti artdı

İsrail Livana zərbə endirdi: yaralılar var

Zelenski: "Rusiyanın neft emalı sənayesinə qarşı əməliyyat davam edir"

Azərbaycan müharibədə bizə kömək etdi - Pezeşkian

Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama

Nikol Paşinyan İlham Əliyevə zəng edib

Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı

OPEC+ neft hasilatını artırmaq qərarına gəldi

Omska PUA hücumu edildi, konsert ləğv olundu

Mingəçevirin mərkəzi ÇİRKAB SULARA QƏRQ OLUB: "Xəstəlik mənbəyidir" - VİDEO

Bütün regionu daş dövrünə qaytaracağıq... - İran hədələdi

Avropa liderləri Trampdan “qaçırlar

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı

İran Çin şirkətinin binasını vurdu: ölən var

Ərdoğan ilk dəfə “Ahbap” istintaqından danışdı

İsrail və ABŞ liderlərinin Vaşinqton görüşü: Əsas mövzu İrandır

Rusiya ordusu daha bir kəndi işğal etdi

Çad Beynəlxalq Cinayət Məhkəməsindən çıxır - Rəsmi qərar

İranın AzTV ilə bağlı qərarına Bakıdan sərt reaksiya

“Göyçayda ağacların qurban verildiyi inkişaf”

İran Ukraynanı hədələdi: "Cavabsız qalmayacaq"

Alla Puqaçova Kiyevdə konsert verməyə hazırdır

Ləğv edilən 19 bankda əmanətlərin ümumi məbləği…

Pezeşkianın çıxışı kəsildi: Hökumətdən sərt reaksiya...

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu

Bu türk ölkəsi Rusiyadakı vətəndaşlarına çağırış etdi

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz embarqosu elan etdilər

Türkiyədən Yunanıstana etiraz...

Bütün xəbərlər