Cəmi 44 gündə torpaqlarını geri qaytaran Azərbaycan kimi ikinci ölkə yoxdur. Sözsüz, bu qələbədən narahat olanlar da çoxdur. Onlardan biri də Fransanın Ermənistandakı səfiridir.

Diplomat hesab edib ki, haqlı mübarizəmizdə qanımız-canımız bahasına əldə etdiklərimizi Hərbi Qənimətlər Parkında sərgiləmək düzgün deyil. Öz tarixini unudan, ya da gizlətməyə çalışan səfirə cavabımız var.

ATƏT-in Minsk qrupunun üzvlərindən biri olan Fransa 30 ilə yaxın “fəaliyyət”indən sonra indi də fəallığa keçib. Vətən müharibəsi zamanı üzə çıxmayan, özfəaliyyəti əsasən statistik turist səfərləri ilə məhdudlaşan Fransa tərəfi qış yuxusundan oyanıb. Özü də bizim Hərbi Qənimətlər Parkımızın səs-sədasıyla. Keçək məsələyə...

Fransanın Ermənistandakı səfiri Conatan Lakote Ermənistanın məğlubiyyətini “ləyaqətli məğlubiyyət” adlandırıb və düşünüb ki, “müharibə tamaşa predmeti olmamalıdır”. Yəqin 48 yaşlı diplomat öz ölkəsində fransız zülmünün tərənnüm olunduğu, 18 min kəllənin sərgiləndiyi muzeyi unudub. Sözügedən muzeydə 150 ildən artıqdır ki, bunlar tarixi eksponat kimi nümayiş etdirilir. 18 000 kəllənin mütləq əksəriyyəti, Fransanın tarix boyu müharibələrdə qalib gəldiyi döyüşlərdən qənimət kimi saxladığı kəllələrdir. Bu tip muzeylər Belçika, İspaniya, İtaliya və İngiltərə kimi ölkələrdə də var. Lakin Fransanın gözü nədənsə bizə ilişib. Xarici İşlər Nazirliyindən bu yersiz canfəşanlığa yerindəcə cavab verilib.

XİN-in sözçüsü Leyla Abdullayeva bildirib ki, bəlkə Fransa səfirinə görə Ermənistanın 30 ilə yaxın davam edən təcavüzkar siyasəti “ləyaqətli işğal” olub:

“Ləyaqətli ölkə hərbi əməliyyatların dayandırılmasına razılıq verdikdən sonra digər ölkə ərazilərinə terrorçu qrupu göndərməz və mina xəritələrini gizlətməklə insan həyatına təhlükə törətməz. Görünür, Fransa səfirinin ləyaqət anlayışı fərqlidir”.

Onsuz da Qərb bir çox halda ədalətin, beynəlxalq qanunların sərhədlərinin haradan keçdiyini sanki bilmir, ya da sadəcə görməzdən gəlir. Xocalı başda olmaqla onlarla zülmə səsini çıxarmayan ölkə indi Hərbi Qənimətlər Parkına haqsız şəkildə mız qoymağa çalışır. Minsk qrupunun tərkibində olub, yanımızda olmayan, hər zaman ermənipərəstliyi ilə fərqlənən fransız diplomatının bu addımı təəccüb doğurmur.

Fransadakı erməni diasporunun qərargahında asılan xəritənin təsviri çox dəqiq yadımızdadır. Hansı ki, o xəritədə Böyük Ermənistan təsvir olunub. Fransa Senatı hökuməti Dağlıq Qarabağdakı separatçı-terrorçu qurumu tanımağa çağıran qətnamə də qəbul etmişdi ki, bunu da yaddan çıxarmamışıq. Qarabağın göz bəbəyi Şuşa şəhərini “Şuşi” adlandırmaları da xatirimizdədir. Fransa vətəndaşı Artur Oqanisyanın sərhədlərimizi keçib Ermənistan tərəfində muzdlu döyüşçü kimi fəaliyyət göstərməsini də unutmamışıq. Odur ki, indiki halda Fransa ancaq öz reputasiyasının qayğısına qalmalıdır. Və hər kəs Azərbaycanın yaratdığı yeni reallığı qəbul etməlidir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Son xəbərlər

İran Çin şirkətinin binasını vurdu: ölən var

Ərdoğan ilk dəfə “Ahbap” istintaqından danışdı

İsrail və ABŞ liderlərinin Vaşinqton görüşü: Əsas mövzu İrandır

Rusiya ordusu daha bir kəndi işğal etdi

Çad Beynəlxalq Cinayət Məhkəməsindən çıxır - Rəsmi qərar

İranın AzTV ilə bağlı qərarına Bakıdan sərt reaksiya

“Göyçayda ağacların qurban verildiyi inkişaf”

İran Ukraynanı hədələdi: "Cavabsız qalmayacaq"

Alla Puqaçova Kiyevdə konsert verməyə hazırdır

Ləğv edilən 19 bankda əmanətlərin ümumi məbləği…

Pezeşkianın çıxışı kəsildi: Hökumətdən sərt reaksiya...

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu

Bu türk ölkəsi Rusiyadakı vətəndaşlarına çağırış etdi

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz embarqosu elan etdilər

Türkiyədən Yunanıstana etiraz...

Tramp respublikaçılardan Lindsi Qremin istəyini reallaşdırmağa çağırıb

Tramp əsassız məlumatlara istinad edir - Peskov

İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı

Türkiyədə məhkəmə Netanyahunu beynəlxalq axtarışa verdi

Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs...

Arakçı Pakistan xarici işlər naziri ilə danışdı

Azərbaycan Prezidenti monqolustanlı həmkarını təbrik edib

İranın hücumları qəbuledilməzdir - Kallas

Azərbaycanda hansı şəhərlərdəki köhnə binalar söküləcək

SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı

Milli Məclis bir sıra qanunlara təklif edilən dəyişiklikləri təsdiqləyib

Makronun prezidentlikdən sonrakı planı açıqlandı

ABŞ və İsrailin İranda bir məqsədi var - Netanyahu

Cinayət işləri ilə bağlı VACİB QƏRAR: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir

Ərdoğan sakitləşməlidir - Netanyahu

Bütün xəbərlər