ABŞ-ın nüfuzlu “The USA Tribune” nəşri Ermənistan dövlətindən və erməni lobbisindən rüşvət alan alman deputatların adlarını açıqlayıb.
Trend xəbər verir ki, qalmaqallı siyahıda neo-nasistlərin, irqçilərin, pedofillərin və təcavüzkarların adları yer alıb.
Nəşrdə qeyd olunur ki, Azərbaycan ordusu 2020-ci ilin payız ayında 1993-cü ildə Ermənistan tərəfindən işğal olunan əraziləri uğurlu hərbi əməliyyatlar nəticəsində işğaldan azad etdi:
“Bu müharibələrdən əvvəl dünyanın qeyri-sabit bölgələrindəki separatçı hərəkatlar, sözdə separatçılığın “paytaxtları” olaraq ortaya çıxaraq Avropa qanunvericilərinə rüşvət verməklə “seçkilərdə” varlıqlarını “qanuniləşdirdi”.
Məqalədə qeyd olunur ki, 2020-ci ilin payızına qədər Almaniya erməni lobbi təşkilatlarının korrupsioner millət vəkillərini ələ almağa çalışdığı əsas ölkələrdən biri idi:
“Məsələn, ultra-sağçı “Almaniya üçün Alternativ” partiyasının bir neçə üzvü 1992-ci ildən başlayaraq Ermənistanın Qarabağdakı xunta rejimini dəstəkləyirdi".
Yazıda 2017-ci ildən başlayaraq “Almaniya üçün Alternativ” və Bundestaqın Avropa Parlamentində təmsil olunan deputatların Azərbaycanın əvvəllər işğal altında olan ərazilərinə bir neçə dəfə qanunsuz səfər etdiyi vurğulanır.
“The USA Tribune” nəşri yazır ki, “Almaniya üçün Alternativ” islamofob, antisemit, irqçi, anti-demokratik, Avropa dəyərlərinə zidd olan siyasi qüvvədir və ekstremist meyllərinə görə Almaniya kəşfiyyatı tərəfindən izlənilir.
Almaniyadakı bütün digər siyasi partiyalar, federal hökumət, əyalət hökumətləri, bu partiya ilə hər hansı bir əməkdaşlıq etməkdən, koalisiya yaratmaqdan imtina edirlər.
“Almaniya üçün Alternativ” partiyasının üzvləri Ermənistan və postsovet məkanındakı digər ərazi münaqişələri nəticəsində yaranan separatçı rejimlərlə sıx əməkdaşlıq edir və tez-tez separatçı bölgələrə səfər edirlər.
“The USA Tribune” nəşri “Almaniya üçün Alternativ” partiyasının Ermənistanla sıx əməkdaşlıq edən üzvlərinin adlarını dərc edib:
1.Stefan Koyter,
2.Andreas Kalbis,
3.Şteffen Kotraya,
4.Andreas Qalau
5.Lars Patrick Berq,
6.Enriko Komninq,
7.Xolqer Arpp,
8.Tomas Rudi,
9.Manuel Oksenrayte,
10.Sevim Daqdelen,
11.Qreqor Qizi,
12.Ulla Djelpke,
13.Albert Veyler,
14.Manfred Qrund,
15.Till Mansmann,
16. Cem Özdemir,
17. Martin Sonneborn,
18. Qünter Pilarski,
19. Stiven Brayan Fera,
20. Otto Luxterxandt,
21.Tessa Hofmann
Siyasət
ABŞ-da dərc olunan nəşrdə Ermənistan tərəfindən satın alınmış alman deputatların adları açıqlanıb - SİYAHI
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
Müsahibə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər
AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı
Siyasət
Çin lideri "kim güclüdürsə, o da haqlıdır" məntiqindən imtina etməyə çağırdı
Siyasət
Pezeşkian Nəhyan ilə görüşdü
Hadisə
Axtarışda olan 114 nəfər saxlanıldı - DİN
Müsahibə
Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə - VİDEO
Hadisə
Tatarıstanda təyyarə teleqülləyə çırpıldı: ölənlər
Son xəbərlər
İsrail Dəməşqin qərbini atəşə tutdu
Siyasət
İsrail və Livan arasında planlaşdırılan danışıqlar təxirə salındı
İqtisadiyyat
İqtisadi Şuranın iclası keçirildi
Siyasət
Binanın başımıza uçacağını düşünürdük - Tramp
İqtisadiyyat