Martın 29-da Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə “Azərbaycanlılara qarşı soyqırım və vandalizm aktlarına siyasi və hüquqi qiymət verilməsi istiqamətində Avropa məkanında səylərin konsolidasiyası” mövzusunda onlayn formatda beynəlxalq konfrans keçirilib.
Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Avropada fəaliyyət göstərən siyasi ekspertlərin, beynəlxalq jurnalistlərin, media qurumlarının rəhbərlərinin, Azərbaycanın Avropada fəaliyyət göstərən səfirlərinin, tanınmış siyasi xadimlərin və ziyalıların iştirak etdiyi konfransa Milli Məclisin deputatları – Musa Qasımlı, Qənirə Paşayeva və Elman Nəsirov qatılıblar.
Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov tədbiri giriş sözü ilə açaraq Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələrin və soyqırımların da həkk olunduğunu bildirib. Xüsusən son iki əsrdə erməni millətçilərinin Azərbaycan əhalisinə qarşı həyata keçirdikləri qanlı aksiyaların və soyqırımların miqyasının bilindiyindən daha çox olduğunu vurğulayan Sahil Qasımov Azərbaycan tarixinin müsibətlərlə dolu bu səhifələrinin dünyada və Avropada tanıdılmasının vacibliyinə toxunub.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Musa Qasımlı ermənilərin Azərbaycanda törətdikləri soyqırım və vandalizm aktlarının Azərbaycanda yaşayan digər bütün xalqlara qarşı da yönəldiyinin, onların xristian əhalini də kütləvi qırğına məruz qoymalarının tarixi mənbələrdə və arxiv materiallarında təsbit olunduğunu bildirib. Deputat ermənilərin soyqırım və vandalizm siyasətini Azərbaycanda yaşayan bütün millətlərin və dini konfessiyaların məsələsi kimi dəyərləndirib.
Tədbir iştirakçıları azərbaycanlılara qarşı həyata keçirilən soyqırım və vandalizm aktlarına Avropa məkanında siyasi və hüquqi qiymətin verilməsinə nail olmaq üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıblar.
Konfrans iştirakçıları Ermənistanın Azərbaycan torpaqlarını işğal zamanı və işğalda saxladığı 30 ilə yaxın müddətdə həm azərbaycanlılara qarşı, həm də Azərbaycanın maddi-mədəni, tarixi abidələrinə, mədəni nümunələrinə qarşı törətdiyi genosidin miqyasından ürək ağrısı ilə söz açıblar. Onlar Azərbaycanın 44 günlük Vətən müharibəsini zəfərlə sonlandırıb torpaqlarını erməni işğalçılarından azad etməsinin regionda davamlı sülhə və gələcək inkişafa möhkəm zəmin yaratdığını vurğulayıblar. Bu yeni imkanlardan bütün region ölkələrinin tam yararlanması üçün ilk növbədə Ermənistanın revanşist cəhdlərdən, təxribatlardan, ən əsası faşist ideologiyasından əl çəkməsinin vacibliyini qeyd ediblər.
Konfransda Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov, ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyli və digər rəsmi şəxslər iştirak ediblər.
Siyasət
Beynəlxalq konfransda azərbaycanlılara qarşı törədilmiş soyqırım aktları müzakirə edilib
Müsahibə
Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"
Son xəbərlər
Rusiyaya hücum: Neft zavodu yandı
Siyasət
Ceyhun Bayramov çinli həmkarı ilə nələri müzakirə etdi? - Foto
Siyasət
İsrail prezidenti Azərbaycana gəldi
İqtisadiyyat
Kartdan-karta pul köçürmələri ilə bağlı yeni qərar - Tariflər
Siyasət
Avropanın Rusiyaya münasibəti dəyişməyəcək - Knaysl
İqtisadiyyat
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"
Son xəbərlər
Türkiyədən Moskvaya uçan təyyarələr geri qayıtdı
Son xəbərlər
İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi
Siyasət
İlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Foto
İqtisadiyyat
İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı
Siyasət
AB yüzminlərlə rusiyalı ilə bağlı qərar verəcək
Siyasət
Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
Siyasət
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Son xəbərlər