Myanmada hərbçilər Britaniyanın BBC korporasiyasının jurnalisti Aun Thuranı saxlayıb.

Bu barədə “Myanmar Now” məlumat yayıb.

Jurnalist saxlanılma anında rayon məhkəməsində olub. Onunla birlikdə “Mizzima” portalının jurnalisti Than Aun da olub.

Nəşr qeyd edir ki, ölkədəki hərbi çevrilişdən sonra 40 jurnalist saxlanılıb və ya saxlanılma təhlükəsi ilə üzləşib.