Bu gün İtaliya Parlamentinin aşağı palatası olan Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında qəbul olunmuş “Ermənistan və Azərbaycan arasında razılaşmaların yerinə yetirilməsi vəziyyəti haqqında qətnamə”də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizləmə əməliyyatlarını asanlaşdırmaq məqsədilə tərəflər konstruktiv fəaliyyət göstərməyə dəvət olunub və bu xüsusda, minalanmış ərazilərin xəritələrinin verilməsi istənilib.

Sənəddə Ermənistan və Azərbaycan arasında onilliklərdir davam edən münaqişəyə son qoymaq məqsədilə 9 noyabr tarixində Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası dövlət başçıları tərəfindən üçtərəfli Bəyanatın imzalandığı və Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədilə hər üç tərəfin nümayəndələri arasında, o cümlədən yüksək siyasi səviyyədə nəqliyyat və kommunikasiya mövzuları da daxil olmaqla bir neçə dəfə müzakirələrin keçirildiyi qeyd olunub.

Qətnamədə Azərbaycan tərəfinin üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirdiyini, müharibədən əvvəl və müharibə zamanı tutulmuş bütün erməni hərbi əsirləri qaytardığını bildirdiyi qeyd olunub, Azərbaycan tərəfində saxlanılan ermənilərin məhz 9 noyabr tarixli Bəyanatın imzalanmasından sonra həbs olunduğu vurğulanıb.

Qətnamədə İtaliya hökumətindən BMT, ATƏT və Avropa İttifaqının 9 noyabr 2020-ci il tarixli Bəyanatın bütünlüklə icra olunmasına yönəlmiş təşəbbüslərini dəstəkləməsi və həbs edilmiş bütün müharibə əsirlərinin azad edilməsinə çağırış etməsi istənilib. Habelə İtaliya hökumətinə Ermənistan və Azərbaycan arasında gələcək barışıq şəraitinin yaranması üçün etimad quruculuq tədbirlərini təşviq etmək istiqamətində hər iki hökumətlə ikitərəfli səviyyədə də iş aparması tapşırılıb.

Qətnamədə, eyni zamanda, İtaliya hökuməti qarşısında ərazilərin minalardan təmizlənməsi əməliyyatlarını asanlaşdırmaq məqsədilə tərəfləri konstruktiv fəaliyyət göstərməyə dəvət etməsi və bu xüsusda, minalanmış ərazilərin xəritələrinin verilməsini istəməsi vəzifələri qoyulub.

Xatırladaq ki, İtaliya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında 18 noyabr 2020-ci il tarixli qətnaməsində 1993-cü ildən Ermənistanın Dağlıq Qarabağla yanaşı, Azərbaycanın digər ətraf yeddi rayonunu da işğal etdiyi, BMT Təhlükəsizlik Şurası tərəfindən silahlı qarşıdurmanın dayandırılması və işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması, eləcə də tərəflər arasında danışıqların başlanılmasına çağıran dörd qətnamənin qəbul edildiyi vurğulanıb və Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası dövlət başçıları tərəfindən 9 noyabr tarixində üçtərəfli Bəyanatın imzalanması alqışlanaraq Tərəflər, bu Bəyanatdan irəli gələn digər bütün öhdəliklərə əməl etməyə çağırılıb.

Son xəbərlər

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs...

Arakçı Pakistan xarici işlər naziri ilə danışdı

Azərbaycan Prezidenti monqolustanlı həmkarını təbrik edib

İranın hücumları qəbuledilməzdir - Kallas

Azərbaycanda hansı şəhərlərdəki köhnə binalar söküləcək

SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı

Milli Məclis bir sıra qanunlara təklif edilən dəyişiklikləri təsdiqləyib

Makronun prezidentlikdən sonrakı planı açıqlandı

ABŞ və İsrailin İranda bir məqsədi var - Netanyahu

Cinayət işləri ilə bağlı VACİB QƏRAR: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir

Ərdoğan sakitləşməlidir - Netanyahu

Belə davam etsə, İran mövcud olmayacaq - Tramp

Rusiya Ermənistanı bu cür mühakimə edəcək

Putini nüvə zərbəsinə keçməyə çağırdılar

İlham Əliyev Qalibafa Bakının bəyanatını xatırlatdı

Abadlaşan Suraxanı

Prezidentlər Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar - FOTO

Maqdalena Qrono Azərbaycana gəlir

Tramp da onun istefaya gedəcəyini söylədi

"Brent" markalı neft BAHALAŞDI

Türkiyədə iki bələdiyyə başçısı saxlanıldı

AB Ermənistanı öz orbitinə cəlb edir - Lavrov

ABŞ və İran arasında kritik görüşün yeri bəlli oldu

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Hakan Fidan Moskvaya gedir

Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Tramp İrana qarşı əməliyyatın bərpasına işarə etdi

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Əli Əsədov yeni qərar imzaladı

Naxçıvanda Prezident nümayəndəliyinə 1-ci kateqoriya DÖVLƏT ORQANI statusu verilir

İran ABŞ ilə danışıqları dayandırır - SON QƏRAR

Qarabağda bu yol ödənişli oldu - Rəsmi

Bütün xəbərlər