Bu, 44 günlük Vətən müharibəsinin şəhid baş leytenantı Abdullazadə Həsənağa Şakir oğlundan geriyə qalan son sözlərdir...

Qəhrəmanımız 1993-cü il martın 9-da Lənkəranda anadan olub. Ailənin tək övladı olan Həsənağa Abdullazadə təhsilini Lənkəranın 9 saylı tam orta məktəbində alıb. Vətənə məktəb yaşlarından bağlı olan şəhidimiz ailəsinin razılığı olmasa da, 9-cu sinifdən sənədlərini Cəmşid Naxçıvanski adına hərbi liseyə verib. 2010-cu ildə oranı yüksək qimətlərlə başa vuran qəhrəmanımız həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Ali məktəbi bitirdikdən sonra 2014-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinin zabit kurslarına yazılıb və bir il sonra kursu fərqlənmə ilə bitirib.

2013-cü ildə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı ilə təltif olunub.

Oxu.Az-ın əməkdaşı ilə söhbət edən şəhid Həsənağa Abdullazadənin anası Səmilə Abdullayeva deyir ki, oğlundan geriyə heç bir nişanə qalmayıb.

“Dörd övladımdan geriyə qalan tək Həsənağa idi...”

Şəhid anası deyir ki, oğlu ilə fəxr etsə də, ömrü onu gözləməklə keçib:

General olmaq istəyən şəhidin son sözləri: “Üç nəfər qalsaq belə ...” - FOTO


Oğlum Vətənə bağlı uşaq idi. Biz onu vətənpərvər ruhda böyütmüşdük. Amma ana kimi hər zaman oğlum üçün narahat olmuşam. Həsənağadan əvvəl dörd övladımız olub və vəfat edib. Həsənağa bizim yeganə övladımız idi. Onu itirmək qorxusu məni hər saniyə narahat edib. C.Naxçıvanski adına hərbi liseyə sənəd vermək istəyəndə etiraz etdim. “Getmə, gözlərim yolda qalacaq”, - dedim. Amma məni eşitmədi, öz arzularının arxasınca getdi. Getdiyi yolda da uğur qazandı. Onu tanıyanlar, hərbçi yoldaşları onun haqqında elə danışırlar ki, hərdən fikirləşirəm ki, mən balamın bu qəhrəman tərəflərini heç görə bilməmişəm”.

Həsənağa Abdullazadə Gədəbəydə N saylı hərbi hissədə hərbçi kimi xidmətə başlayıb. Bir gün anası ilə əlaqə saxlayıb və xidmətini ön cəbhədə davam etməsi üçün müraciət etdiyini deyib:

“Gədəbəyin ən uca zirvəsində xidmətə başladı. Həsənağa 2015-2016-cı illərdə orada ön xətdə tağım komandiri kimi xidmət etdi. 2017-ci ildə Gədəbəydə N saylı hərbi hissənin ön xəttində bölük komandiri olub. Eyni ildə Müdafiə Nazirliyi tərəfindən Həsənağaya “baş leytenant” rütbəsi verilib.

General olmaq istəyən şəhidin son sözləri: “Üç nəfər qalsaq belə ...” - FOTO


2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub. Oğlumun zəhməti dövlətimiz tərəfindən yüksək qiymətləndirilirdi.

Həsənağa 2018-ci ildə Göygöldə N saylı hərbi hissənin bölük komandiri kimi xidmət edib. Baş leytenant olmasına baxmayaraq, müharibədən bir neçə ay əvvəl Müdafiə Nazirliyinin əmri ilə Göygöl rayon N saylı hərbi hissənin qərargah rəisi vəzifəsinə təyin edilib. Oğlum müharibə başlayanda ilk olaraq Murovdağ istiqamətində gedən döyüşlərə qatılıb, ardıcıllıqla da döyüş tapşırıqlarına uyğun şəkildə irəli gedib”.

Döyüş yoldaşlarının sözlərinə görə, Həsənağa ən çətin döyüş tapşırıqlarında özünü irəli verib. Hər zaman dediyi “3 nəfər belə qalsaq, bu yüksəkliyi alacağıq” fikri əsgərlərə də motivasiya olub.

Qəhrəman şəhidimizin anası deyir ki, sonuncu dəfə oğlu ilə oktyabrın 1-də danışıb:

General olmaq istəyən şəhidin son sözləri: “Üç nəfər qalsaq belə ...” - FOTO

“Ömrüm oğlumun yolunu gözləməklə keçib. 2019-cu ildə ailə qurmuşdu, amma övladı yox idi. Sentyabrın 26-dan bəri oğlum Vətən müharibəsinə qoşuldu. Murovdağın işğaldan azad olunmasında ayağından yaralanıb, amma bizə deməyib. Yaralı halda Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 1-də evə zəng elədi, dedi ki, “mən gedirəm”...

General olmaq istəyən şəhidin son sözləri: “Üç nəfər qalsaq belə ...” - FOTO

Ondan sonra oğluma zəng çatmadı. Döyüş yoldaşlarından öyrəndiyimiz məlumata görə, Kəlbəcər istiqamətində mühasirəyə düşüblər. Mühasirədən isə cəmi 2 nəfər əsgər sağ çıxa bilib, oğlumla bərabər bir neçə əsgər də orada şəhid olub”.

“112 gün oğlumdan xəbər ala bilməmişik”

Nəhayət yanvarın 13-ü ailəsinə Həsənağanın şəhid xəbəri verilib:
General olmaq istəyən şəhidin son sözləri: “Üç nəfər qalsaq belə ...” - FOTO


“Biz oğlumla son dəfə oktyabrın 1-i danışdıq. Sonra bizə heç bir məlumat verilmədi. 112 gün biz onu axtarmışıq. Müdafiə Nazirliyinə çoxsaylı müraciətlər etmişdik. Nə şəhid xəbəri vardı, nə salamat qaldığı barədə məlumat... Yanvarın 13-də bizə onun şəhid xəbəri verildi. Bir gün sonra da İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.
General olmaq istəyən şəhidin son sözləri: “Üç nəfər qalsaq belə ...” - FOTO
Oğlum özünü dərk edəndən ad günü keçirməyib. Hər zaman deyib ki, torpaqlarımızı azad etdikdən sonra doğum günü qeyd edəcək. Nə qələbə sevincini yaşaya bildi, nə də doğum gününü qeyd etdi. Allah bütün şəhidlərə rəhmət eləsin, mənim övladım da onların içərisində”.

Son xəbərlər

Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı

OPEC+ neft hasilatını artırmaq qərarına gəldi

Omska PUA hücumu edildi, konsert ləğv olundu

Mingəçevirin mərkəzi ÇİRKAB SULARA QƏRQ OLUB: "Xəstəlik mənbəyidir" - VİDEO

Bütün regionu daş dövrünə qaytaracağıq... - İran hədələdi

Avropa liderləri Trampdan “qaçırlar

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı

İran Çin şirkətinin binasını vurdu: ölən var

Ərdoğan ilk dəfə “Ahbap” istintaqından danışdı

İsrail və ABŞ liderlərinin Vaşinqton görüşü: Əsas mövzu İrandır

Rusiya ordusu daha bir kəndi işğal etdi

Çad Beynəlxalq Cinayət Məhkəməsindən çıxır - Rəsmi qərar

İranın AzTV ilə bağlı qərarına Bakıdan sərt reaksiya

“Göyçayda ağacların qurban verildiyi inkişaf”

İran Ukraynanı hədələdi: "Cavabsız qalmayacaq"

Alla Puqaçova Kiyevdə konsert verməyə hazırdır

Ləğv edilən 19 bankda əmanətlərin ümumi məbləği…

Pezeşkianın çıxışı kəsildi: Hökumətdən sərt reaksiya...

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu

Bu türk ölkəsi Rusiyadakı vətəndaşlarına çağırış etdi

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz embarqosu elan etdilər

Türkiyədən Yunanıstana etiraz...

Tramp respublikaçılardan Lindsi Qremin istəyini reallaşdırmağa çağırıb

Tramp əsassız məlumatlara istinad edir - Peskov

İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı

Türkiyədə məhkəmə Netanyahunu beynəlxalq axtarışa verdi

Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs...

Arakçı Pakistan xarici işlər naziri ilə danışdı

Bütün xəbərlər