Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin inzibati binasında Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrük xidməti əməkdaşı Ülvi Hacıyevin xatirəsini əbədiləşdirmək üçün büstü qoyulub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, bununla bağlı keçirilən mərasimdə şəhid Ülvi Hacıyevin valideynləri və yaxınları, “Azərterminalkompleks” Birliyinin rəhbərliyi iştirak edib.
“Mərasimdən əvvəl tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin inzibati binadakı büstünün qarşısına əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.
Daha sonra şəhid Ülvi Hacıyevin büstünün açılış mərasimi olub.
“Azərterminalkompleks” Birliyinin rəisi, gömrük xidməti general-mayoru Ehtiram Xəlilov mərasimdə çıxış edərək Ülvinin həyat yolu barədə məlumat verib, onun bütün gömrük əməkdaşları üçün vətənpərvərlik, qəhrəmanlıq nümunəsi olduğunu və xatirəsinin daim yaşadılacağını bildirib” - DGK-dan bildirilib.
Qeyd edək ki, 26 yaşında şəhidlik zirvəsinə ucalan Ülvi Hacıyev Bakı şəhərində doğulub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr təhsilini başa vurduqdan sonra cəbhə xəttində həqiqi hərbi xidmət keçib.
2010-cu ildə şəhidlik zirvəsinə ucalan Milli qəhrəman Mübariz İbrahimovun göstərdiyi rəşadət Ülvinin həyatında dönüş nöqtəsi olub.
Ülvi Hacıyev ömrünün hər anını vətən uğrunda döyüşlərə atılmaq, işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etmək arzusu ilə yaşayıb. 2020-ci ilin iyun ayında Ermənistanın Tovuz istiqamətindəki hücumu zamanı könüllü olaraq orduya yazılan Ülvinin istəyi sentyabr ayının 28-də həyata keçib. Cəbhəyə yollanan Ülvi Hacıyev Füzuli, Cəbrayıl, Xocavənd rayonları və Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Oktybrın 19-da Şuşa şəhərinin 10 kilometrliyində baş verən döyüşlər zamanı qəhrəmanımız şəhidlik zirvəsinə ucalıb.
“Vətən uğrunda” medalı ilə təltif olunan Ülvi Hacıyev 2-ci fəxri xiyabanda torpağa tapşırılıb.
Siyasət
Şəhid gömrükçünün büstü qoyuldu – FOTO
Müsahibə
Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"
Son xəbərlər
Rusiyaya hücum: Neft zavodu yandı
Siyasət
Ceyhun Bayramov çinli həmkarı ilə nələri müzakirə etdi? - Foto
Siyasət
İsrail prezidenti Azərbaycana gəldi
İqtisadiyyat
Kartdan-karta pul köçürmələri ilə bağlı yeni qərar - Tariflər
Siyasət
Avropanın Rusiyaya münasibəti dəyişməyəcək - Knaysl
İqtisadiyyat
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"
Son xəbərlər
Türkiyədən Moskvaya uçan təyyarələr geri qayıtdı
Son xəbərlər
İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi
Siyasət
İlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Foto
İqtisadiyyat
İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı
Siyasət
AB yüzminlərlə rusiyalı ilə bağlı qərar verəcək
Siyasət
Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
Siyasət
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Son xəbərlər