Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Pakistana rəsmi səfəri çərçivəsində Pakistan İslam Respublikasının Baş naziri cənab İmran Xan ilə görüşü baş tutub.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Baş nazir İmran Xan əldə etdiyi qələbə münasibətilə Azərbaycanı təbrik edərək, bu xüsusda səmimi arzularının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqətinə çatdırılmasını xahiş edib.
Qələbənin Pakistan xalqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən Baş nazir bu hadisəni Pakistan xalqının Azərbaycanla birgə qeyd etdiyini bildirib.
Nazir Ceyhun Bayramov xoş qəbula və yüksək səviyyədə təşkil edilən ikitərəfli və çoxtərəfli görüşlərə görə təşəkkürünü bildirib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və səmimi arzularını Baş nazirin diqqətinə çatdırıb.
O, həmçinin Azərbaycanın Vətən müharibəsində qələbəsi ilə bağlı Pakistan Baş nazirinin təbriklərinə görə minnətdarlığını ifadə edib. Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinə Pakistan tərəfindən verilən birmənalı dəstəyi, bu xüsusda qəbul edilmiş qətnamələri yüksək qiymətləndirib və təşəkkürünü bildirib.
Nazir Ceyhun Bayramov iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, bununla yanaşı iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində Azərbaycanın maraqlı olduğunu vurğulayıb.
Həmçinin Pakistan Baş nazirinə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən işlər, o cümlədən bu ərazilərdə həyata keçirilən minalardan təmizləmə işləri, bərpa və quruculuq fəaliyyəti barədə məlumat verib.
Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.![]()
Siyasət
Ceyhun Bayramov Pakistanın Baş naziri İmran Xanla görüşüb - FOTO
İdman
UEFA Çempionlar Liqası: "Qalatasaray" "Ştutqart"a, "Atletiko Madrid" "Bavariya"a qarşı
Siyasət
İran xəbərdarlıq etdi: Avropaya zərbə endiriləcək!
İqtisadiyyat
ABŞ Rusiya qazının Avropaya tədarükünün bərpasını dəstəkləyir
Son xəbərlər
Xamenei ABŞ ilə danışıqlar aparmaq üçün İran hökumətinə səlahiyyət verdi
Siyasət
Paşinyan: "Müxalifətin zaminlərin himayəsi altında fəaliyyəti siyasi fəlakətlə nəticələnəcək
Siyasət
Çində məmurların əmlakları üzərində nəzarət gücləndiriləcək
Siyasət
Tramp Netanyahu ilə razılaşmadı: İrana hücum...
Siyasət
İsveç xüsusi təyinatlıları rus gəmisini ələ keçirdilər
Siyasət
Vuçiç uduzdu, Serbiyada həbslər başladı
Son xəbərlər
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
Siyasət
Bolqarıstanda prezident seçkilərinin ikinci turu başlayıb
Tarix
İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi
Siyasət
İran Britaniyanın Hərbi Dəniz və Hərbi Hava qüvvələrini terrorçu təşkilat elan etdi
Siyasət
Dövlət Baxçalı Azərbaycana dəvət olundu
Siyasət