Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Ermənistan tərəfindən 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda istifadə edilməsi ilə bağlı UNICEF-in icraçı direktoruna, Uşaqları Xilasetmə Beynəlxalq Təşkilatının İdarə Heyətinin sədrinə, Beynəlxalq Uşaq Hüquqları Bürosunun prezidentinə, SOS Beynəlxalq Uşaq Kəndlərinin prezidentinə, Uşaq Müdafiə Fondunun icraçı direktoruna, Uşaqlar üçün Qlobal Fondun prezidentinə müraciət ünvanlayıblar.

Müraciətdə deyilir:

“Biz, Azərbaycanda uşaq hüquqlarını müdafiə edən QHT-lər olaraq böyük narahatlıq hissi ilə Sizə müraciət edirik.

Məlumat üçün bildiririk ki, sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində bölgədə vəziyyət çox gərgin həddə çatıb və hərbi əməliyyatlar yenidən bərpa edilib.

Keçən müddət ərzində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhər və rayonlarına etdiyi silsilə raket hücumları nəticəsində 10 nəfər uşaq olmaqla 65 mülki şəxs öldürülüb, 300-dən çoxu yaralanıb. Təəssüf ki, Ermənistan hələ də hərbi cinayət törətməkdə davam edir.

Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan işğalçı Ermənistanın hərbi və siyasi rəhbərliyi indi də başqa bir cinayətə əl ataraq Azərbaycana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara 15 yaşına çatmayan uşaqları da cəlb edir. Sizə təqdim olunan bu link vasitəsilə hərbi əməliyyatlara cəlb olunan uşağın videosunu izləyə bilərsiniz (https://youtu.be/e12mWOJPySM).

Qeyd etmək istəyirik ki, Ermənistan tərəfi 15 yaşına çatmayan uşaqları hərbi əməliyyatlara cəlb etməklə təkcə Cenevrə Konvensiyasının müvafiq bəndlərini deyil, eyni zamanda, BMT-nin 20 noyabr 1989-cu il Baş Məclisinin 44-cü sessiyasında qəbul edilən Uşaq Hüquqları haqqında Konvensiyanın 38-ci maddəsini də kobud şəkildə pozur.

Belə ki, Konvensiya iştirakçı dövlətlərdən silahlı münaqişələr zamanı uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməyə çağırır, xüsusilə 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirak etməsini qadağan edir və bunun üçün bütün tədbirləri görməyə dəvət edir.

Lakin Ermənistanın uşaqları hərbi əməliyyatlara açıq şəkildə cəlb etməsi bir daha onu göstərir ki, işğalçı dövlət heç bir beynəlxalq hüququn prinsiplərinə hörmət etmir və özünün beynəlxalq öhdəliklərinə etinasız yanaşır.

Ona görə də biz, uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan QHT-lər sizə müraciət edir, Ermənistanın beynəlxalq hüquqa zidd hərəkətlərinə lazımi qiymət verməyə və uşaqları hərbi əməliyyatlara cəlb etməkdən çəkindirməyə çağırırıq”.

Müraciət 44 QHT tərəfindən imzalanıb.

Son xəbərlər

Tehran Universitetində aksiya: polis həbslərə

Zelenskidən şok: Trampın razılaşmasını imzalamadı

Parkda abadlıq işləri tamamlanır

Tramp Bakının da iştirakçısı olduğu dəhlizi bloklayır

Prezidentlərin təkbətək görüşü başladı

İlham Əliyev Somali prezidentini belə qarşıladı - Foto

Hikmət Hacıyev Pakistan səfiri ilə görüşdü

Azərbaycan Rusiyaya nota göndərdi

Azərbaycandan qaz idxalı üzərində işləyirik - Fitso

Hakan Fidan Qətərə gedir

Heç kim onlara göstəriş verə bilməz! - Ərdoğan

Rusiya axşam saatlarında 5 PUA-nı məhv etdi

Oğlunu hərbi xidmətə yola salan ana QƏFİL ÖLDÜ

İsrail İordan çayının Qərb sahilində antiterror əməliyyatına başlayıb

Pentaqonun yeni rəhbərinin adı məlum olub

İlham Əliyev Davosda "OliverWyman Group" şirkətinin Baş icraçı direktoru ilə görüşüb

20 Yanvar faciəsinə gedən yol

Milli fövqəladə vəziyyət elan edib, ordunu göndərirəm - Tramp

Ərdoğan: Putinlə bunu müzakirə edəcəyəm!

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Xarici işlər naziri: "Ən qısa zamanda müvəqqəti işlər vəkilimiz Suriyaya gedəcək"

Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR

Fidan Lavrovla nələri müzakirə etdi?

Türkiyə ordusu bu ölkəyə girəcək - MN anons etdi

Gülər Almaniyanın müdafiə naziri ilə danışdı

Baş nazirdən daha bir qərar

Məzunların Prezidentə müraciəti

Hakan Fidan: "PKK-nın ləğvi zaman məsələsidir"

Sikorski Bayramova zəng etdi

Luka Modriç əfsanəvi futbolçunun rekordunu yeniləyib

Prezident və ailəsi Şahdağda...

"Pələng Tatulu" Adnan Əhmədzadənin Uşaqlarının Anası GÖRÜN KİM İMİŞ

Bu gündən bu sosial ödənişlərin də məbləği artdı

Bütün xəbərlər