Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin Xarici İşlər Nazirlərinin görüşü zamanı bildirdi ki, Türkiyə 30 ildir Ermənistanın dənizə çıxış hüququnu təmin etməkdən imtina edir.

Z. Mnatsakanyan bunu sağlam düşüncə baxımından əsaslandırılması mümkün olmayan “orta əsr mühasirəsi” adlandırdı.

Erməni nazirin sözlərinə görə, bu, həmçinin beynəlxalq hüquq pozuntusudur.

Media.Az ermənistanlı nazirin bu absurd açıqlamasını şərh etmək üçün Müasir Türkiyənin Öyrənilməsi Mərkəzinin rəhbəri Yuri Mavaşevə və İstanbulda yaşayan politoloq Ramiyə Məmmədovaya müraciət edib.

Bizim ilk həmsöhbətimiz Yuri Mavaşevdir.

“Ermənistan “əyri güzgülər krallığı”nda yaşayır” – Ekspertlər şərh edir

Türkiyənin sərhədlərini bağlamasının səbəbləri aydındır. Məgər bu hər bir ölkənin suveren haqqı deyilmi? Koronavirus pandemiyası dövründə bir çox ölkə sərhədləri birtərəfli qaydada bağladı, Türkiyənin isə buna həm də siyasi əsasları var. Erməni nazir nədən narazıdır?

Ermənistan rəhbərliyi uzun müddətdir özünün uydurma dünyasında yaşayır, “Alisa möcüzələr ölkəsində” kimi. Hətta başqa bir paralel aparım: “Əyri güzgülər krallığı”. Sovetlər dövründə yaşayan nəslin nümayəndələrinin əksəriyyəti bu nağıl filmini izləyib. İşin mahiyyəti dünyanın tərs çevrilmiş mənzərəsindədir. Normal dünyada günahını başqasının üstünə atmaqdansa, uğurlu xarici siyasət xətti qurmağa çalışırlar. Ancaq İrəvanda daha asan, daha komfortlu variantı seçdilər: “Hər hansı bir problem olan kimi hər şeyi qonşunun üzərinə at”.

Sonra belə bir arxetip ortaya çıxdı, “pis türklər” tarixi yaddaşı. Davamlı uğursuzluqlarınızı qonşunuzun sizi “boğmaq” niyyətinə bağlamaq cəzbedici deyilmi? Əks təqdirdə, uğursuzluqlara görə cavab verməli olacaqsınız. Belədə isə rahat və sadədir. Çətin ki, İrəvanın iqtisadi mövqeyini qibtə edici adlandırmaq olar, xüsusən də əsas sponsorun - Moskvanın arzuolunmayan vəziyyətdə olduğunu nəzərə alsaq.

Çox təəccüblüdür ki, bu dəfə Ermənistan Azərbaycana qarşı heç bir iddiası olmadı...

Torpağını aldığınız tərəfə qarşı hansısa iddia ilə çıxış etmək qəribə olardı. Burada bizim köməyimizə xalq misalı gəlir: “Pişik bilir kimə məxsus əti yeyib” (“Öz günahını yaxşı bilir, amma qorxusundan susur” mənasında - red.). Sovet dövründə Ermənistanın çox imtiyazları var idi, yeri gəlmişkən İrəvan heç vaxtı bunu dəyərləndirməyib, çünki hər şey havayı verilirdi. Ermənilərin Sovetlər Birliyi daxilində imtiyazlı xalq olması hamıya məlumdur. Lakin, yenidənqurma dövründə, Ermənistan, necə deyərlər, “bütün dünyadan öndə gedirdi”, açıq şəkildə “subyekt” və ya “obyekt” olduğunu mübahisə edirdi. Bu naşükürlüklərinin (Rusiya xalqına münasibət də daxil olmaqla) əvəzini, beynəlxalq təcriddə olmaqla artıqlaması ilə ödədilər.

Qarabağ məsələsinə Türkiyə prizmasından yanaşacağam. Türkiyə də, Azərbaycan kimi Ermənistanla kommunikasiyaları bərpa edə bilər, lakin bu, yalnız "Madrid prinsiplərinə" əsaslanan mərhələli həll planı başladığı halda mümkündür. Yerevanda isə bu barədə eşitmək də istəmirlər.

Yenə də “əyri güzgülərin krallığı”ndan söhbət gedir. Təəssüf ki, bu “krallığın” havadarları Kremldə də var. Sual başqadır: nə vaxta qədər erməni xalqı öz rəhbərliyinin alçaq münasibətinə dözəcək? Hesab edirəm ki, heç də bütün ermənilər bu siyasətdən məmnun deyillər. Bütün dünyaya səpələnmələri əbəs yerə deyil və yalnız müəyyən tarixi günlərdə ölkələrini xatırlamağa üstünlük verirlər. Əlbəttə bu da bir çıxış yolu deyil.

Hər halda mən əminəm ki, güclü Ermənistan, güclü Azərbaycan tam olaraq ümumi maraqlara cavab verir. “Mənim tövləm yansa da olar, təki qonşumun inəyi ölsün” kimi düşüncədən uzaqlaşmağın vaxtı çoxdan çatıb. Bizim sıx, bir-birinə bağlı dünyamızda birinə pis olarsa, digərinə yaxşı ola bilməz. Bu fikir ​​Ermənistan cəmiyyətinin şüuruna çatanda əminəm ki, nə Bakı, nə də Ankara buna müdaxilə etməyəcək. Niyə etsinlər ki?

Ramiyə Məmmədova:
“Ermənistan “əyri güzgülər krallığı”nda yaşayır” – Ekspertlər şərh edir

Ermənistan Türkiyənin birmənalı şəkildə Azərbaycanı dəstəkləməsindən narazıdır. İrəvan Ankara ilə diplomatik əlaqələrin qurulmasına nail olmaq istərdi, amma bu, məlum səbəblərdən mümkün deyil. İrəvan bunu arzulasa da (çünki ölkədəki vəziyyət getdikcə pisləşir) Türkiyə ilə Ermənistan arasında iqtisadi və siyasi münasibətlər yoxdur. Beləliklə, “dənizə buraxılmama” ilə əlaqəli iddialar da buradandır. Ermənistanın Avrasiya İqtisadi Birliyi ölkələri ilə birbaşa sərhədləri yoxdur, Rusiya bazarı isə Türkiyənin verə biləcəyi üstünlüklərlə təmin etmir.

Hər şey Qarabağ münaqişəsinə, daha doğrusu, Ermənistanın danışıqlar aparmaq istəməməsinə söykənir. Əlbətdə ki, İrəvanın Türkiyə qarşısında qorxusu var, buna görə də bütün meydanlarda Türkiyə Cümhuriyyətini günahlandırmağı özlərinə vəzifə bilirlər.

Ermənistan Azərbaycan ərazilərini işğal edib, bu səbəbdən Bakıya qarşı “dənizə buraxılmama” ilə bağlı heç bir ittiham yoxdur. Bu gülməli olardı. İşğal olunmuş torpaqları azad edin, o zaman kommunikasiyaların açılmasını müzakirə etmək imkanı olacaq. Ancaq Ermənistan bunu istəmir. İrəvan sülhə hazır deyil.

Yeri gəlmişkən, Türkiyə Azərbaycana qeyd-şərtsiz dəstəyini elan etdikdən sonra Rusiyada Qarabağ münaqişəsinin həlli üçün planın mövcudluğu barədə açıq danışmağa başladılar. Moskva Ankaranın Cənubi Qafqazdakı rolunun artdığını nəzərə aldı. Ancaq Ermənistan öz ziyanına inadına davam edir. Eyni zamanda İrəvana xüsusi bir təzyiq (Moskvadan - red.) görmürəm, üstəlik, Ermənistana silah tədarükü barədə məlumat verilir.

Son xəbərlər

Tiflisdə müxalifətin yürüşü başladı

Laporta Heydər Əliyevin məzarını ziyarət etdi

İlham Əliyev Ərdoğanla görüşdü

Prezident Şarl Mişellə görüşdü

Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb

Putin Trampı qələbə münasibətilə təbrik etməyəcək

İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər

Latviya prezidenti COP29-da iştirak edəcək

NATO Baş katibi: "Şimali Koreya ordusu artıq Kurskdadır"

İsrail bununla regional münaqişəni başladır - Ərdoğan

Quterreşdən İran və İsrailə: Dayandırın!

Putin Ərdoğanla görüşdü, başsağlığı verdi

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

Hərbçimiz özünü öldürdü, cinayət işi açıldı

İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı

Ərdoğan Putinə ad günündə nə hədiyyə edib?

Erməni mafiyası COP29-a qarşı - Video

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə qoşulub

Putin Pezeşkianla nələri müzakirə edəcək?

Erməni hərbçinin meyiti tapıldı

Qazaxıstanda AES tikintisi ilə bağlı referendum baş tutmuş sayıldı

İsraildə terror aktı: Ölən və yaralananlar var

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verildi

Almaniya öz vətəndaşlarını dərhal İranı tərk etməyə çağırdı

Hikmət Hacıyev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirib

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir

Prezident: "Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır"

Azərbaycan ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Gülüstanda daşqınlar: evlər su altında qaldı

Putin “cavabsız qoymayacağıq” dedi – Nələr edə bilər

SEPAH yenə hədələdi: Düşmənlər məğlub olacaq

Şimali Koreya yeni hərbi dəniz bazası tikir

Bill Qeyts süni intellektin dünyanı məhv edəcəyi ehtimalını qiymətləndirdi

Bütün xəbərlər