Prezident İlham Əliyev sentyabrın 2-də Yunanıstanın səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən etdiyi çıxış diplomatik qəbul ənənələrində yenilik olmaqla yanaşı, rəsmi Bakının xarici siyasətində yeni qaydaların elanı idi. Bu çıxış səfirlərin etimadnamələrinin qəbul olunduğu ənənəvi diplomatik görüş formatından kənara çıxıb və kifayət qədər açıq, qəti fikirlərlə yadda qaldı.

Prezident kifayət qədər açıq və qəti şəkildə Yunanıstanla münasibətlərdəki soyuqluğun səbəblərini qeyd edib, xüsusən də rəsmi Afinanın Ermənistanla hərbi sahədə əməkdaşlığı məsələsini qeyd edərək Bakının bundan narahatlığını ifadə edib.

Mərasimdə iki ölkənin səfirindən etimadnamələri qəbul olunub. Əvvəlcə ölkə prezidenti Yaponiyanın səfiri Cuniçi Vadanın etimadnaməsini qəbul edib və bu zaman Azərbaycan prezidenti Yaponiya ilə Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etdiyini, əməkdaşlığın çox geniş gündəliyi olduğunu diqqətə çatdırıb, fəal siyasi dialoq olduğunu bildirib.
Lakin Yunanıstan səfiri Nikolaos Piperiqkosu qəbul edərkən prezident İlham Əliyev olduqca açıq şəkildə Azərbaycanın milli maraqlarını ifadə edib, Afinadan gözləntilərini qeyd edib.

Yunan səfirlə görüşün əvvəlində İlham Əliyev ixtisasca diplomat olduğunu, dünyanın ən nüfuzlu ali məktəblərindən birində diplomat təhsili aldığını və diplomatik qaydaları bildiyini xatırladıb, lakin eyni zamanda mövcud şərtlərdə səfirlə açıq danışacağını deyib.

Prezident İlham Əliyev yunan səfirlə görüşdə iki ölkə münasibətlərindəki bir neçə mühüm məqamı qeyd edib. Bunlardan birincisi, iqtisadi mövzuda iki ölkə hökuməti arasında yaranan anlaşmazlıqdır. Azərbaycan prezidenti xatırladıb ki, bu məsələdə rəsmi Afina dövlətlərarası əlaqələrdə tətbiq olunan qaydalara məsuliyyətsiz yanaşıb və əvvəlki hökumətin üzərinə götürdüyü öhdəliklərdən yayınıb.

İkinci məsələ isə Yunanıstanın və bu ölkənin “süni peyki” olan Cənubi Kipr hökumətinin işğalçı Ermənistanla hərbi sahədə əməkdaşlığı idi. Azərbaycan prezidenti xatırladıb ki, Ermənistanın işğalçı siyasəti davam edir və Yunanıstan hakimiyyətinin Ermənistanla hərbi sahədə əməkdaşlığı Azərbaycanı narahat edir.

Sitat: “Əməkdaşlığın bu üçtərəfli formatı bizi narahat edir. Əlbəttə ki, hər bir ölkə nəyi doğru düşünürsə, onu da edir. Buna görə biz bunu bloklamaq və ya istənilən şəkildə qarşısını almaq mövqeyində deyilik. Lakin hesab edirəm ki, bunun bizi narahat edən məsələ olduğunu məndən eşitməyiniz yaxşıdır və bunun niyə görə baş verdiyini mən izah etdim. Ermənistanın torpaqlarını işğal edən Azərbaycan deyil, Ermənistan Azərbaycanın ərazisini işğal edib. Bu da bütün beynəlxalq təşkilatların sənədlərində öz əksini tapıb”.

Və nəhayət, üçüncü məsələ Aralıq dənizinin şərq hissəsində hazırda davam edən Yunanıstan və Türkiyə arasında gərginlikdir. Azərbaycanın dövlət başçısı qəti və aydın şəkildə Türkiyəni dəstəklədiyini və bu dəstəyin qeydsiz-şərtsiz davam edəcəyini bildirib.

Sitat: “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənin göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.

Qeyd olunan 3 məsələdən biri hökumətlərarası saziş haqqında olsa da, əsas diqqət çəkən digər iki isə siyasi mövzudur. Prezident İlham Əliyev açıq şəkildə Azərbaycanın milli maraqlarının ən vacib məsələ olduğunu, burada açıq, heç bir diplomatik, ütülü söhbət olmadan konkret mövqe qoyulduğunu qeyd etdi.

Ölkə başçısı bildirdi ki, Yunanıstan və Kiprin Ermənistanla hərbi-siyasi əməkdaşlığı Azərbaycanı ciddi narahat edir. Və rəsmi Bakı bu məsələyə hansısa siyasi və ya diplomatik mülahizələrə görə sakit yanaşmaq fikrində deyil. Torpaqların işğalı mövzusu Azərbaycan üçün bir nömrəli məsələdir, bu məsələdə güzəşt, örtülü danışıqlardan söhbət gedə bilməz.

Məlum olduğu kimi, bundan əvvəl Ermənistana silah satdığı məlum olan Serbiya və silah tədarükündə ötürücü rol oynayan Gürcüstana rəsmi Bakı sərt reaksiya verdi və əsaslı izahat tələb etdi.

Daha sonra Rusiyanın Ermənistana silah göndərməsi faktı məlum olub və bu dəfə Prezident İlham Əliyev narahatlıq və narazılığı birbaşa Rusiya dövlət başçısının diqqətinə çatdırıb. Üstəlik, rəsmi Bakı müxtəlif kanallarla Rusiyadan daha tutarlı açıqlama tələb edib.

İndi isə növbəti ölkə Yunanıstan olub. Azərbaycan işğalçı Ermənistanla hərbi sahədə əməkdaşlıq edən Yunanıstana ən yüksək səviyyədə açıq şəkildə etirazını və qınağını çatdırdı. Yəqin ki, sırada Ermənistana dəstək olan digər dövlətlər də var.

Lakin ən əsası budur ki, Azərbaycan hakimiyyəti Ermənistana silah və hərbi yardıma qarşı prinsipial xəttini ortaya qoyub. İrəvanla hərbi əməkdaşlıq edən ölkələrə qarşı Azərbaycan cavab addımları atacaq. Bakı bu məsələdə susmaq fikrində deyil.

Türkiyə məsələsinə gəlincə, bu qardaşlıq dəstəyi ilə yanaşı Yunanıstan hakimiyyətinin Ankaraya qarşı müxtəlif ölkələrdən ibarət siyasi ittifaq formalaşdırmaq cəhdinə cavabdan gedirdi. Prezident İlham Əliyev konkret şəkildə Türkiyəni dəstəklədiyini və bu məsələdə açıq hərəkət etdiyini bildirdi. Eyni zamanda unutmaq olmaz ki, Aralıq dənizinin şərq sahilindəki enerji ehtiyatlarının istismarı ilə bağlı yaranmış mübahisədə Türkiyə haqsız tərəf deyil. Lakin Yunanıstan hökuməti həm Avropada, həm də Yaxın Şərqdə Türkiyə ilə münaqişədə olan ölkələri ona qarşı qaldırmağa və bununla da öz mövqeyini möhkəmləndirməyə çalışır.

Yeri gəlmişkən, bu ilk hadisə deyil. Prezident İlham Əliyev 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə o vaxtkı Ermənistan Prezidenti Serj Sarkisyanın Türkiyəyə qarşı hücumlarına sərt cavab verərək bildirmişdi: “Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”.

Nəticə etibarı ilə Tovuz hadisələrindən sonra Azərbaycan xarici siyasətində yeni bir yanaşma, üslub özünü göstərir. Azərbaycan hakimiyyəti təcavüzkar Ermənistana qarşı və eləcə də bu ölkəyə hər hansı formada dəstək verən dövlətlərə qarşı daha qətiyyətli və sərt mövqe nümayiş etdirir. Bu, artıq xarici siyasətin əsas elementlərinə çevrilir. Ötən gün yeni səfirin etimadnaməsini qəbul edən prezidentin çıxışı bunu bir daha göstərdi. Bundan əvvəl isə dost və müttəfiq Gürcüstana, tərəfdaş ölkə Serbiyaya və ən əsası Rusiyaya qarşı qoyulan bu mövqe onu göstərir ki, erməni məsələsində heç bir halda güzəşt ola bilməz. Bu xətt digər ölkələr üçün də xəbərdarlıqdır. Həm işğalçı, həm də işğala məruz qalan ölkə ilə bərabər münasibətlər ola bilməz.

Son xəbərlər

Tiflisdə müxalifətin yürüşü başladı

Laporta Heydər Əliyevin məzarını ziyarət etdi

İlham Əliyev Ərdoğanla görüşdü

Prezident Şarl Mişellə görüşdü

Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb

Putin Trampı qələbə münasibətilə təbrik etməyəcək

İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər

Latviya prezidenti COP29-da iştirak edəcək

NATO Baş katibi: "Şimali Koreya ordusu artıq Kurskdadır"

İsrail bununla regional münaqişəni başladır - Ərdoğan

Quterreşdən İran və İsrailə: Dayandırın!

Putin Ərdoğanla görüşdü, başsağlığı verdi

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

Hərbçimiz özünü öldürdü, cinayət işi açıldı

İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı

Ərdoğan Putinə ad günündə nə hədiyyə edib?

Erməni mafiyası COP29-a qarşı - Video

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə qoşulub

Putin Pezeşkianla nələri müzakirə edəcək?

Erməni hərbçinin meyiti tapıldı

Qazaxıstanda AES tikintisi ilə bağlı referendum baş tutmuş sayıldı

İsraildə terror aktı: Ölən və yaralananlar var

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verildi

Almaniya öz vətəndaşlarını dərhal İranı tərk etməyə çağırdı

Hikmət Hacıyev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirib

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir

Prezident: "Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır"

Azərbaycan ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Gülüstanda daşqınlar: evlər su altında qaldı

Putin “cavabsız qoymayacağıq” dedi – Nələr edə bilər

SEPAH yenə hədələdi: Düşmənlər məğlub olacaq

Şimali Koreya yeni hərbi dəniz bazası tikir

Bill Qeyts süni intellektin dünyanı məhv edəcəyi ehtimalını qiymətləndirdi

Bütün xəbərlər