Əslində son iki günə qədər hər şey yaxşı idi. Tovuz təxribatından sonra ölkə daxilində və xaricində bütün azərbaycanlılar bir yumruq kimi birləşdilər. Ermənilərin Los-Ancelesdə Azərbaycan konsulluğu və ardınca Brüsseldə səfirliyimiz qarşısında həyata keçirdiyi vandallıq aktına ümumxalq reaksiyası möhtəşəm idi.

Dünyanın müxtəlif ölkələrində azərbaycanlılar erməni təxribatına qarşı səfərbər oldular. Hətta elə vəziyyət oldu ki, hakimiyyət rəhbərliyi xaricdəki azərbaycanlılara müraciət edərək təxribatlara uymamaq, zorakılıqlara getməmək çağırışı etdi. Çünki artıq Rusiyada və daha bir neçə ölkədə qarşıdurmalarla bağlı siqnallar vardı.

Amma sonra hər şey dəyişdi. Milli birlik və vahid düşmənə qarşı qəzəb ənənəvi mövzuya – daxili didişməyə döndü. Keçmiş səfir Arif Məmmədovun Avropadan, jurnalist Sevinc Osmanqızının ABŞ-dan etdiyi çıxışlar məsələni daxili siyasətin üzərinə gətirdi. Hər ikisinin “arqumenti” də çox bəsitdir: Bu məsələni qızışdıran hakimiyyətdir. A.Məmmədova görə, hakimiyyət bununla diqqəti erməni məsələsinə yönəltmək və daxili problemlərdən yayındırmaq istəyir. Hər iki şəxs oxşar fikir səsləndirdi. Onların sözlərindən belə çıxdı ki, Los-Ancelesdəki və Brüsseldəki aksiyaları Azərbaycan dipolomatiyası təşkil edib və bu zaman az saylı azərbaycanlı ermənilər tərəfdən döyülüb.

Belə çıxır ki, erməni sayca çox olacaq deyə azərbaycanlılar etiraz etməməlidir? Yəni burada günahkar azsaylı və köməksiz azərbaycanlıları yerə yıxıb döyən erməni deyil, bu aksiyanı təşkil edən tərəfdir. Aydındır ki, bu, ziyanlı və hətta xəyanət deyiləcək bir mövqedir. Bu aksiyalar bir tərəfdən xaricdəki azərbaycanlıların vətəni ilə həmrəyliyini nümayiş etdirməklə yanaşı, baş verən zorakılıqlar ermənilərin necə qəddar və vəhşi olduğunu bütün dünyaya və elə azərbaycanlıların özlərinə bir daha xatırlatdı.

Reaksiyalardan da görünür ki, A.Məmmədovun məsələni Azərbaycan dövləti və xüsusi xidmətlərin üstünə atması erməniləri sevindirib. Çünki bu, sabiq də olsa Azərbaycan diplomatının açıqlamasıdır, bu “fakt” gələcəkdə ermənilər üçün hava və su kimi lazım olacaq. Amma tək ermənilərə deyil, yəqin ki, bu sifarişi verən digər qüvvələrə də...

Əlbəttə, xalq heç zaman düşüncə olaraq bir bütün ola bilməz. Bu mənada hansısa azərbaycanlının pasifist, ermənilərlə azərbaycanlılara sülh, zorakılıqdan çəkinmək çağırışı etməsini anlamaq olar. Nəticədə insanların fərqli düşünməsi, necə deyərlər, normaldır. Amma Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münaqişəsi mövzusunda erməni mövqeyini müdafiə etmək, baş verən erməni cinayətini görməzdən gəlib, günahı Azərbaycan hakimiyyətinin üzərinə atıb, ölkəni çətin vəziyyətdə qoymaq artıq xəyanətdir. Bunun başqa yozumu yoxdur.

Yeri gəlmişkən, ötən gün sosial şəbəkələrdə və saytlarda Avropada yaşayan Camal Əlinin Belçikada toplanan azərbaycanlılar barədə polisə məlumat verməsi haqda xəbərlər yayıldı. Sanki komanda verilmiş kimi...

Məsələnin daxili siyasət mövzusuna endirilməsi, azərbaycanlıları və dövlətin ittiham olunması nəticə etibarı ilə Azərbaycanın zərərinədir. Azərbaycan bir dəfə ötən əsrin sonlarında bu cür siyasi çəkişmələr səbəbindən torpaqlarını itirib. İkinci dəfə eyni səhvi təkrarlamaq olmaz. Unutmaq olmaz ki, Qarabağ və erməni məsələsində birliyin əldə olunmaması nəticədə düşmənin qələbəsinə səbəb olur. Bu mövzuda hakimiyyəti hədəfə alan çıxışlar nəticə etibarı ilə Azərbaycan dövlətinə dəyir, necə ki, zamanında dəydi.

Görünür ki, son hadisələr fonunda yaranan milli birlik, vahid mövqe xaricdə o qədər də xoş qarşılanmayıb. Son günlər qəfildən “diaspor müxalifətinin” fəallaşaraq hakimiyyəti ittiham edən, amma nəticə etibarı ilə milli birlik elementlərini baltalayan çıxışları da bu narahatlığın təzahürüdür.

Son Tovuz hadisələri və dörd il əvvəl Aprel döyüşləri göstərdi ki, Azərbaycan xalqını istisnasız olaraq bir araya gətirən, birləşdirən yeganə mövzu Qarabağ və işğal olunmuş torpaqlardır. Bu mövzunu heç bir halda siyasi mübarizə predmetinə çevirmək olmaz. Nə ölkə daxilində, nə də xaricdə... Əksinə, bu cür düşünən və buna cəhd edənləri ifşa, ictimai rəydən təcrid etmək lazımdır.

Son xəbərlər

Tiflisdə müxalifətin yürüşü başladı

Laporta Heydər Əliyevin məzarını ziyarət etdi

İlham Əliyev Ərdoğanla görüşdü

Prezident Şarl Mişellə görüşdü

Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb

Putin Trampı qələbə münasibətilə təbrik etməyəcək

İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər

Latviya prezidenti COP29-da iştirak edəcək

NATO Baş katibi: "Şimali Koreya ordusu artıq Kurskdadır"

İsrail bununla regional münaqişəni başladır - Ərdoğan

Quterreşdən İran və İsrailə: Dayandırın!

Putin Ərdoğanla görüşdü, başsağlığı verdi

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

Hərbçimiz özünü öldürdü, cinayət işi açıldı

İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı

Ərdoğan Putinə ad günündə nə hədiyyə edib?

Erməni mafiyası COP29-a qarşı - Video

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə qoşulub

Putin Pezeşkianla nələri müzakirə edəcək?

Erməni hərbçinin meyiti tapıldı

Qazaxıstanda AES tikintisi ilə bağlı referendum baş tutmuş sayıldı

İsraildə terror aktı: Ölən və yaralananlar var

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verildi

Almaniya öz vətəndaşlarını dərhal İranı tərk etməyə çağırdı

Hikmət Hacıyev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirib

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir

Prezident: "Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır"

Azərbaycan ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Gülüstanda daşqınlar: evlər su altında qaldı

Putin “cavabsız qoymayacağıq” dedi – Nələr edə bilər

SEPAH yenə hədələdi: Düşmənlər məğlub olacaq

Şimali Koreya yeni hərbi dəniz bazası tikir

Bill Qeyts süni intellektin dünyanı məhv edəcəyi ehtimalını qiymətləndirdi

Bütün xəbərlər