“Rəsmi Bakı Qarabağda erməni sakinlərin etnik təmizlənməsi və soyqırımı ittihamlarını rədd edir”.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AFP-yə müsahibəsində Ermənistan hakimiyyətinin etnik təmizləmə və soyqırımı ilə bağlı ittihamlarına cavab olaraq bildirib.

Prezidentin köməkçisi erməni sakinlərin bölgəni tərk etmək və ya qalmaqda sərbəst olduğunu deyib.

“Biz etnik təmizləmə və ya soyqırım ittihamlarını qəbul edə bilmərik. Etnik təmizləmə mülki şəxslərə qarşı zorakılıq aktıdır ki, bu da Ermənistanın 30 il əvvəl bizə qarşı istifadə etdiyi hərəkətdir. Amma bu, o demək deyil ki, biz eyni şeyi təkrarlayacağıq. Mülki əhaliyə qarşı bir dəfə də zorakılıq olmayıb. Onlar özləri də bunu təsdiqləyirlər”, - H.Hacıyev vurğulayıb.

H.Hacıyev qeyd edib ki, Qarabağda erməni vətəndaşı olmayıb:

“Biz onları həmişə Azərbaycan vətəndaşı hesab etmişik, lakin təəssüf ki, qanunsuz separatçı qurum onlarla birbaşa əlaqəmizə imkan vermədi”.

Onun sözlərinə görə, Qarabağdakı erməni azlıqların nümayəndələri ilə danışıqlar məhsuldar keçib və məqsəd yalnız qanunsuz erməni silahlı birləşmələrinin tərk-silahına yönəlib.

Ermənistanın Azərbaycanı qanunsuz olaraq insanları həbs etməklə bağlı ittihamına gəldikdə, H.Haciyev müharibə cinayətlərində təqsirli bilinən bir neçə nəfərin saxlanıldığını əlavə edib:

“Biz bilirik ki, Ermənistanda və beynəlxalq mediada bütün hərbçiləri həbs edəcəyimizlə bağlı qorxu var idi. Əgər kimsə silahı yerə qoyarsa, o, azaddır və öz seçimi ilə Ermənistana getməyə qərar verib. Mülki şəxslərə gəlincə, biz qapıları açdıq və onların hərəkət azadlığına, seçim azadlığına hörmət etdik. Onların çoxu deyir: Mən Azərbaycan bayrağı altında yaşaya bilmərəm. Buna haqq qazandıra bilməsəm də, başa düşə və hörmət edə bilərəm. Əgər erməni sakinlər Azərbaycan vətəndaşlığını qəbul etsələr, biz onların hüquq və təhlükəsizliyini qoruyacaq, eləcə də bələdiyyə sistemi yaradacağıq ki, yerli-yerində öz işlərini idarə edə bilsinlər, həmçinin dini və mədəni hüquqları təmin olunsun”.

07:58

“Azərbaycan Qarabağın 30 il əvvəlki kimi çiçəklənən, firavan və hər şeydən öncə dinc regiona çevrilməsini istəyir”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AFP-yə deyib.

Erməniəsilli sakinlərin bölgəni tərk etməsi ilə bağlı sualı cavablandıran Prezidentin köməkçisi “etnik təmizləmə” ifadəsini qəbuledilməz olduğunu vurğulayaraq köçün sərbəst şəkildə baş verdiyini diqqətə çatdırıb.

“Bilirik ki, ermənilər və beynəlxalq KİV bütün əsgərləri həbs etmək niyyətimizin olduğunu deyir. Əgər silahları təhvil versələr, azaddırlar və Ermənistan Respublikasına getmək imkanları var”, - Hikmət Hacıyev əlavə edib.

Son xəbərlər

Azərbaycan Prezidenti monqolustanlı həmkarını təbrik edib

İranın hücumları qəbuledilməzdir - Kallas

Azərbaycanda hansı şəhərlərdəki köhnə binalar söküləcək

SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı

Milli Məclis bir sıra qanunlara təklif edilən dəyişiklikləri təsdiqləyib

Makronun prezidentlikdən sonrakı planı açıqlandı

ABŞ və İsrailin İranda bir məqsədi var - Netanyahu

Cinayət işləri ilə bağlı VACİB QƏRAR: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir

Ərdoğan sakitləşməlidir - Netanyahu

Belə davam etsə, İran mövcud olmayacaq - Tramp

Rusiya Ermənistanı bu cür mühakimə edəcək

Putini nüvə zərbəsinə keçməyə çağırdılar

İlham Əliyev Qalibafa Bakının bəyanatını xatırlatdı

Abadlaşan Suraxanı

Prezidentlər Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar - FOTO

Maqdalena Qrono Azərbaycana gəlir

Tramp da onun istefaya gedəcəyini söylədi

"Brent" markalı neft BAHALAŞDI

Türkiyədə iki bələdiyyə başçısı saxlanıldı

AB Ermənistanı öz orbitinə cəlb edir - Lavrov

ABŞ və İran arasında kritik görüşün yeri bəlli oldu

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Hakan Fidan Moskvaya gedir

Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Tramp İrana qarşı əməliyyatın bərpasına işarə etdi

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Əli Əsədov yeni qərar imzaladı

Naxçıvanda Prezident nümayəndəliyinə 1-ci kateqoriya DÖVLƏT ORQANI statusu verilir

İran ABŞ ilə danışıqları dayandırır - SON QƏRAR

Qarabağda bu yol ödənişli oldu - Rəsmi

İsrail ordusu Livanda mühüm qalanı ələ keçirdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

Bütün xəbərlər