Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərmək məqsədilə qardaş ölkəyə ezam olunmuş hərbi tibb personalımızın rəhbəri Türkiyə dövləti tərəfindən mükafatlandırılıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində keçirilən mərasimdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tibb xidməti polkovniki Niyaməddin Ağamalıyevi “Türkiyə Cümhuriyyəti Dövlət Üstün Fədakarlıq Medalı” ilə təltif edib.
Qardaş ölkədə baş vermiş güclü zəlzələ nəticəsində Azərbaycan Ordusunun hərbi tibb personalının Kahramanmaraşda Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə fəaliyyəti yüksək qiymətləndirilib.
Qeyd edək ki, ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, ümumilikdə 20 nəfərlik hərbi tibb personalı baş vermiş zəlzələdə 81 cərrahi əməliyyat icra edib, 517 nəfərə isə ambulator yardım göstərib.![]()
![]()
Müsahibə
Türkiyə prezidenti hərbi qulluqçumuzu təltif edib - FOTO
Texnologiya
Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır
Siyasət
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
Tarix
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
Siyasət
İranın 38 körpüsünü bir saat içində dağıda bilərik - Tramp
Siyasət
İlham Əliyev Kamboca Kralını təbrik etdi
İqtisadiyyat
Antalyada COP31 başladı
Son xəbərlər
İlham Əliyev COP31-də iştirak edəcək
Mədəniyyət
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Müsahibə
İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"
Müsahibə
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edirlər - Canlı yayım
Siyasət
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
Son xəbərlər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib - Foto
Tarix
İlham Əliyev: "Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Video
Tarix
XİN-dən Zəfər Günü ilə bağlı paylaşım: Milli iradə
Bölgə