Bakıdakı məktəblərin yeməkxanalarında iaşə xidmətlərinə, qidaların keyfiyyətinə nəzarət məqsədilə müvafiq dövlət qurumları tərəfindən monitorinqlər aparılır.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Bildirilib ki, paytaxtdakı ümumi təhsil müəssisələrində iaşə xidmətinin təşkilində müvafiq qaydaların tələbləri əsas götürülməklə, məktəbyaşlı uşaqların qidalanma təhlükəsizliyi və məktəbə olan inamın möhkəmləndirilməsi əsas amil kimi diqqət mərkəzindədir.
Təhsil müəssisələrində iaşə xidməti Nazirlər Kabinetinin “Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normalarının təsdiq edilməsi haqqında” qərarına, “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə Dövlət Standartı”na və “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativlərinin təsdiq edilməsi haqqında” Qərarına uyğun norma və qaydalara əsasən aparılır və daim nəzarətdə saxlanılır.
“Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”na əsasən, ümumi təhsil müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı müəyyən olunub.
“Təhsil haqqında” qanunun 28.2. bəndinə əsasən təhsil müəssisələrində iaşə xidməti bu sahədə uzun müddət təcrübəsi olan, qanunvericiliyə uyğun fəaliyyət göstərən iaşə xidməti müəssisələri tərəfindən həyata keçirilir.
Təhsili idarəetmə qurumları bu istiqamətdə müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq edir.
Müsahibə
Bakıdakı məktəblərin yeməkxanalarında monitorinqlər aparılır
Siyasət
Rusiya bu ölkəni də hədələdi: Cavab zərbəsi olacaq!
Siyasət
Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya
İqtisadiyyat
Qətər və İran arasında Hörmüz boğazı ilə bağlı müzakirələr
İdman
Prezidentdən "Sabah"la bağlı sərəncam
Son xəbərlər
ABŞ bundan heç nə qazanmayacaq - Pezeşkian
Siyasət
XİN-dən Çin-Nepal sərhədində baş verənlərlə bağlı paylaşım...
Siyasət
İsrail HƏMAS-a məxsus silah anbarlarını məhv etdi
Müsahibə
Dostluq MTK rəhbəri Mahir Cəfərovla müsahibə
Müsahibə
Azərbaycanda iki qurum birləşdirildi
Mədəniyyət
İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi
Siyasət
Haber Global" İlham Əliyevin Özbəkistan səfərindən süjet təqdim edib - VİDEO
Siyasət
İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
Siyasət
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır
Son xəbərlər
Kamçatkada köməksiz qalan vətəndaşımız təxliyə edildi
İqtisadiyyat