Ərdəbil şəhərində Güney Azərbaycan milli hərakatı fəallarının divarlarda yazdığı şüarlar şah rejiminin qalıntılarına yaxşı cavabdır. Bizim millətin ürəyinin sözüdür.
Bu sözləri Axar.az-a güneyli fəal Kürşad Ağdərəli İranda Rza Pəhləvinin xeyrinə başladılan kampaniyaya ərdəbillilərin sərt reaksiyasından danışarkən deyib.
O, milli fəalların mövcud şəraiti dəyərləndirib, lazımi reaksiyanı verdiyini dilə gətirib:
“Biz hər zaman İranda rejim dəyişikliyi yox, sistem dəyişikliyini dəstəkləyirik. Farsmərkəzli hakimiyyətin yerinə türkmərkəzli hakimiyyətinin gəlməsinin tərəfdarıyıq. Şahçıların niyyətləri sözdə demokratiyadır, məqsədləri diktaturanın başqa formasını türk millətinə tətbiq etməkdir. İnsani dəyərləri deyil, torpaq bütünlüyünü irəli sürürlər. Milləti aldatmaq niyyətindədilər. Bunlar bəlli gücə sahib olduqlarından indiki rejim qarşısında güclü müxalifət hesab olunur. Bizim üçün fərqi yoxdur: şahçılar, yaxud fars rejimi. Hər ikisi Güney Azərbaycan milli hərəkatının qarşısını kəsən qüvvədir”.
Kürşad Ağdərəli İranın daxilində baş qaldıran milli hərəkatı yüksək qiymətləndirsə də, xaricdəki vəziyyətin elə də ürəkaçan olmadığını bildirib. Onun sözlərinə görə, “milli qüvvələr” xaricdə hərəkatın işinə yaramır, şəxsi mənafelərini güdürlər:
“Hərəkatımızın bəzi nöqsanları vardır. Mövcud nöqsanlar yaxşı təşkilatlanmaq baxımından bizə mane olur. Milli deyilən nə varsa - istər şəxslər, ya ayrı-ayrı qurum, ya da təşkilatlar - bunların yalnız 20 faizi millidir. Qalan 80 faizi isə ancaq sözdədir. Sağlam güclərimiz də var. Bu iradlarım hərəkatın xarici qoluna aiddir, daxildəki qoluna aid etmirəm. Bütün milli hərəkatlarda çatışmayan tərəflər olur, lakin onun mexanizmi qurulur. Nöqsanları müəyyən etmək yönündə bu mexanizmlər çalışır və səhvlərin təkrar olunmasının qarşısı alınır. Bizim hərəkatda bu mexanizm tam işlək deyil. Odur ki, xaricdə olan sözdə milli qüvvələr ya özlərinə düzəliş verməlidir, ya da da hərəkatdan təmizlənməlidir. Hərəkatımızın ciddi şəkildə təmizlənmə prosesinə ehtiyacı vardır. Bunun birbaşa ölüm-qalım savaşı ilə mücadilə edən millətimizin istəyi olduğuna inanırıq. Fars rejimi bizə necə ayrı-seçkilik edir, eləcə də hərəkatımızın daxilində bizə qarşı eyni münasibət göstərilir. Biz güneylilər olaraq bir araya gəlməliyik. Doğru və yanlışlarımıza baxıb, ortaq qərarlar verməliyik. Bir səhv bir dəfə görüləndə səhv sayılır, təkrar olduqda isə millətə xəyanətdir”.
Müsahibə
Güney milli hərəkatı onlardan təmizlənməlidir – Ağdərəli
Siyasət
İlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Foto
İqtisadiyyat
İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı
Siyasət
AB yüzminlərlə rusiyalı ilə bağlı qərar verəcək
Siyasət
Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
Siyasət
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Son xəbərlər
Moskvaya hücum: İki PUA vuruldu
İdman
Azərbaycan boksçusu Avropa çempionu oldu
Siyasət
Makronun reytinqi tarixi antirekordu yenilədi
İqtisadiyyat
Rusiya Trampla razılaşmadan 7 milyard dollar qazanacaq
Siyasət
Rusiyaya qarşı ən böyük sanksiyalar paketi təsdiqlənəcək
Son xəbərlər
ABŞ İranın raket istehsalı obyektlərini məhv edə bilməyib
Son xəbərlər
Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir
Bölgə
Kəlbəcərə qar yağdı, Yardımlıya dolu düşdü
Son xəbərlər
Latviya XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb
Siyasət