“Azərbaycan əsgərləri bizim qartalımız, canavarlarımızdır. Onlar heç vaxt əyilməzlər”.
Bunu Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova oğlunun 48-ci doğum günündə yaşadığı evin qarşısında şəhidlərin xatirəsinə həsr edilən ağacəkmə mərasimində deyib.
O bildirib ki, igid şəhid balalarımız, qardaşlarımız sayəsində xalqımızın başı dikdir:
“Şəhidlərimiz 30 il əyilən başları dikəltdilər. Sağ olsun şəhidləri yetişdirən ana və atalar. Mən onların hər biri ilə fəxr edirəm. Bu gün şəhidlərin ruhunu yad edərək bizi tək qoymadılar”.
Regionlardan şəhid valideynləri Sumqayıtda şəhid Polad Həşimovun yaşadığı evin qarşısına gələrək, general-mayorun əziz xatirəsini yad ediblər. Eyni zamanda, P.Həşimovun yaşadığı evin ətrafında Ağcabədidən gətirilən 100 ədəd ağac və gül əkilib.
Sumqayıtdan olan digər şəhidlərin də yaşadıqları evlərin ətrafında, Sumqayıt Şəhidlər xiyabanında ağacəkmə aksiyası keçirilib. Ümumilikdə Sumqayıtda bir neçə belə tədbir həyata keçirilib və 300-ə yaxın ağac, gül əkilib.
Qeyd edək ki, 14 metrlik bayraqla şəhid general-mayor P.Həşimovun yaşadığı binanın qarşısında şəhidlərin xatirəsinə yürüş də keçirilib.
Müsahibə
Səmayə Həşimova: “Azərbaycan əsgərləri bizim qartalımız, canavarlarımızdır
Siyasət
İlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Foto
İqtisadiyyat
İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı
Siyasət
AB yüzminlərlə rusiyalı ilə bağlı qərar verəcək
Siyasət
Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
Siyasət
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Son xəbərlər
Moskvaya hücum: İki PUA vuruldu
İdman
Azərbaycan boksçusu Avropa çempionu oldu
Siyasət
Makronun reytinqi tarixi antirekordu yenilədi
İqtisadiyyat
Rusiya Trampla razılaşmadan 7 milyard dollar qazanacaq
Siyasət
Rusiyaya qarşı ən böyük sanksiyalar paketi təsdiqlənəcək
Son xəbərlər
ABŞ İranın raket istehsalı obyektlərini məhv edə bilməyib
Son xəbərlər
Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir
Bölgə
Kəlbəcərə qar yağdı, Yardımlıya dolu düşdü
Son xəbərlər
Latviya XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb
Siyasət