“Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Rusiyanın Ukraynanı işğal edəcəyi ilə bağlı xəbərdarlıqlarını rədd edirdi”.
Bu barədə ABŞ Prezidenti Co Bayden Los-Ancelesdə keçirilən siyasi ianə aksiyası zamanı açıqlama verib.
“Bilirəm ki, çoxları mənim şişirtdiyimi düşünürdü, amma mən bilirdim və onun (Vladimir Putin - red.) sərhədi keçməyə hazırlaşdığı barədə təsdiqləyici məlumatlarımız var idi. Bununla bağlı şübhə yox idi. Zelenski isə bunu eşitmək istəmirdi, həmçinin də bir çox insan eşitmək istəmədi”, - deyə Bayden bildirib.
Xatırladaq ki, ABŞ Rusiyanın fevralın 24-də başlatdığı müharibədən həftələr əvvəl bu ölkə Ukraynaya müdaxiləyə hazırlığı ilə bağlı həyəcan təbili çalmağa başlamışdı.
Fevralın 18-də Bayden demişdi ki, Putin Ukraynaya hücum etmək qərarına gəlib.
Zelenskinin Ofisindən Baydenin bu sözlərinə münasibət bildirilib.
Qeyd edilib ki, Ukrayna Prezidenti Zelenski dəfələrlə Rusiyanın genişmiqyaslı işğalı ərəfəsində tərəfdaşlarından Rusiyaya qarşı qabaqlayıcı sanksiyalar tətbiq etməyi xahiş edib, lakin onlar Kiyevin müraciətini “eşitmək istəməyiblər”.
Bunu Prezidentin mətbuat katibi Sergey Nikiforov ABŞ Prezidenti Co Baydenin Zelenskinin guya Rusiyanın hücumu təhlükəsi ilə bağlı xəbərdarlığı “eşitmək istəmədiyi” sözlərini şərh edərkən deyib.
Nikiforovun sözlərinə görə, o vaxt Prezident Zelenskinin Baydenlə üç-dörd telefon danışığı olub: liderlər Rusiyanın Ukraynaya müdaxiləsi təhlükəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.
“Ona görə də yəqin ki, “eşitmək istəmədi” ifadəsinə aydınlıq gətirilməlidir. Bundan əlavə, xatırlayırsınızsa, Ukrayna Prezidenti Rusiyanı qoşunlarını geri çəkməyə və hərbi əməliyyatları dayandırmağa təşviq etmək üçün tərəfdaşları qabaqlayıcı sanksiyalar paketi tətbiq etməyə çağırmışdı. Və burada artıq deyə bilərik ki, tərəfdaşlarımız bizi eşitmək istəməyiblər”, - deyə Zelenskinin sözçüsü əlavə edib.
Mənbə: Evropeyskaya pravda
Müsahibə
“Zelenski işğalla bağlı xəbərdarlıqlarımı eşitmək istəmədi”
Son xəbərlər
İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi
Siyasət
İlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Foto
İqtisadiyyat
İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı
Siyasət
AB yüzminlərlə rusiyalı ilə bağlı qərar verəcək
Siyasət
Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
Siyasət
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Son xəbərlər
Moskvaya hücum: İki PUA vuruldu
İdman
Azərbaycan boksçusu Avropa çempionu oldu
Siyasət
Makronun reytinqi tarixi antirekordu yenilədi
İqtisadiyyat
Rusiya Trampla razılaşmadan 7 milyard dollar qazanacaq
Siyasət
Rusiyaya qarşı ən böyük sanksiyalar paketi təsdiqlənəcək
Son xəbərlər
ABŞ İranın raket istehsalı obyektlərini məhv edə bilməyib
Son xəbərlər
Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir
Bölgə
Kəlbəcərə qar yağdı, Yardımlıya dolu düşdü
Son xəbərlər