Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bakı Avropa litseyində 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxış edib.
Q.Paşayeva bu il 28 Mayı “Şuşa İli”ndə və tarixi Zəfərimizdən sonrakı abadlıq-quruculuq işləri fonunda qürurla keçirdiyimizi vurğulayıb. Komitə sədri ötən il müvafiq qanuna edilmiş dəyişikliklər əsasında 28 Mayın bu il öz əsl adı, mahiyyəti üzrə bayram edildiyini də qeyd edərək, ürək sözlərini bölüşüb:
“Əziz şagirdlərimiz,
Sizlər xoşbəxtsiniz. Xoşbəxtsiniz ki, müstəqil Azərbaycanda yaşayır, belə gözəl məktəbdə təhsil alır, rahat ortamda biliklərə yiyələnirsiz.
Siz xoşbəxtsiz ki, qalib Azərbaycanın vətəndaşlarısız.
Ümummili liderimiz Heydər Əliyevin təhsilə, məktəbə unudulmaz diqqət-qayğısı bu gün uğurla davam və inkişaf etdirilir. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilin, məktəblərin, ümumiyyətcə ölkə vətəndaşlarının və Azərbaycanımızın inkişafına yüksək diqqət-qayğısı müstəqil, qüdrətli dövlətçilik irsinin qorunması və yeniliklərin ölkə həyatına gətirilməsi baxımından bir örnəkdir.
Sizləri 28 May – Müstəqillik Günü münasibəti ilə ürəkdən təbrik edirəm!
Əziz müəllimlərimizi təbrik edir, onlara təşəkkürlərimi yetirirəm! Ümummilli liderimiz “Mən Yer üzündə müəllim adından yüksək, şərəfli ad tanımıram” deyirdi.
Mənim hər iki valideynim müəllim olub. Müəllim əməyinin, müəllim məsuliyyətinin və ruhunun nədən ibarət olduğunu çox yaxşı bilirəm.
Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın təhsilin inkişafı ilə bağlı həyata keçirdiyi kompleks tədbirlər, o cümlədən, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi təhsilin inkişafının dövlət siyasətinin, aparıcı vətəndaş cəmiyyəti institutlarının, bütövlükdə cəmiyyətin həyatındakı yerini, rolunu ifadə etməkdədir.”![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Müsahibə
Qənirə Paşayeva Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxış edib - FOTO
Son xəbərlər
Prezidentdən maaş və pensiyalarla bağlı şad xəbər
Son xəbərlər
Prezident İlham Əliyev: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
Son xəbərlər
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Müsahibə
Prezident: "Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir
Siyasət
Fransa Ermənistana 250 milyon avro kredit verir
Siyasət
Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi
Son xəbərlər
Prezident onlara müraciət ünvanladı
Son xəbərlər
Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü
İdman
Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi - FOTO
Son xəbərlər
Rusiya Şimali Koreyadan daha 10 min hərbçi cəlb edir
Bölgə
İlham Əliyev üç rayona başçı təyin etdi
Siyasət
Zelenski qisas vəd etdi: Rusiya mütləq cavab verəcək
Siyasət
Netanyahu onunla gizli şəkildə görüş üçün BƏƏ-yə getdi
Siyasət
Əraqçı: İran ABŞ-la müharibəyə hazırdır, lakin diplomatiyadan hələ imtina etməyib
İdman