“Danışıqlar prosesi çətin gedir. Onların Kiyev və Çerniqov vilayətlərindən çıxmasından sonra aşkar etdiyimiz faktlar, törədilmiş hərbi cinayətlər Rusiya ordusunun Ukraynaya müdaxiləsinin və danışıqlar prosesinin emosional fonunu xeyli dəyişdi. Danışıqlar prosesi çox ləng gedir”.
Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.
Onun sözlərinə görə, hazırda əsasən alt-qruplar üzrə hüquqi işlər aparılır: "Çünki müharibənin dayandırılmasını və Ukrayna üçün zəmanətlərin verilməsini nəzərdə tutan və baza rolunu oynaya biləcək İstanbul kommunikesi üzərində də işləmək lazımdır. Hazırda alt-qruplar bu sənədi beynəlxalq hüquq normalarına uyğunlaşdırırlar. Paralel olaraq, Ukraynanın təhlükəsizliyinə zəmanət verəcək və bu siyasi yükün altına girə biləcək potensial təminatçı ölkələrlə danışıqlar aparılır. Bəli, bu 2 proses davam edir. Növbəti, əyani mərhələnin nə vaxt olacağını demək çətindir. Çünki Rusiya özü də hərbi əməliyyatların ikinci mərhələsinə başladıqlarını bəyan edir. Yəqin ki, çox sayda hərbi texnika və hərbçi cəlb olunacağı Donbasdakı toqquşmaların nəticələrinə əsasən növbəti mərhələnin tarixi müəyyənləşəcək".
M.Podolyak hesab edir ki, Türkiyə çox maraqlı bir vasitəçidir: “Bu ölkə hansısa həll yolunun tapılması üçün xeyli səy göstərir. Mən Türkiyəni başa düşürəm, çünki bu ölkə Qara dəniz regionunda təhlükəsizliyin və sabitliyin təmin olmasında maraqlıdır. Bu, ilk növbədə, ticarət baxımından çox vacibdir. Müharibə şəraitində hansı ticarətdən söhbət gedə bilər ki? Regiondakı bütün ölkələr xeyli itkilərə məruz qalırlar. Amma nəzərə almaq lazımdır ki, Rusiya öz avantüralarına başlayarkən heç vaxt qonşu ölkələrin birbaşa və ya dolayı itkiləri barədə düşünmür. Rusiyanı heç vaxt, heç nə narahat etmir. Onlar insanların heç nəyə ehtiyac duymadıqları lagerdə yaşamağa öyrəşiblər. Məsələn, Rusiyanın daxili şəhərlərinə fikir verin. Onların çoxunda nə xidmət, nə də rahatlıq var. Yaşamaq, demək olar ki, mümkün deyil. Buna görə də Qara dəniz regionu ölkələrində əhalinin ciddi itkilərə məruz qalması onları maraqlandırmır”.
Müsahibə
"Törədilmiş hərbi cinayətlər danışıqlar prosesinin emosional fonunu xeyli dəyişdi"
Son xəbərlər
Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı
Siyasət
Peskov: "Rusiya məqsədinə güc yolu ilə nail olacaq"
Siyasət
Bayden Putindən yazdı: Yeniyetmə kimi laqeydlik edirdi
Son xəbərlər
Sabah Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq - 16.11.2026
Tarix
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Müsahibə
Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı
Siyasət
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Siyasət
Körfəz ölkələri İrandan hücumlara görə kompensasiya tələb edib
Son xəbərlər
Kreml Avropanın danışıqlar qrupuna şərt qoyub?
Siyasət
ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski şərti açıqladı
Siyasət
Paşinyan: Ermənistan və Türkiyə münasibətlərin tam normallaşmasına yaxındır
Son xəbərlər
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Texnologiya
Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq
Hadisə
Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - Din görüntüləri yaydı
Müsahibə