“Atam, bacım və bacımın uşağı 1992-ci ildə “Tunel” qırğını zamanı ermənilərin silahlı hücumuna məruz qalıblar”.
Bunu “Report”un Kəlbəcərə ezam olunmuş əməkdaşına həmin faciə zamanı ailə üzvlərini itirmiş Kəlbəcər sakini Əfsəl Mirzəyev deyib.
Həmin hadisələrlə bağlı xatirələrini bölüşən Ə.Mirzəyev bildirib ki, hadisələrin cərəyan etdiyi dönəmdə atası məktəb direktoru, bacısı isə müəllim vəzifəsində çalışırmış:
“Həmin vaxtlar mən 26 yaşında idim. Bacımın isə 28 yaşı var idi və o, qonşu kənddə məktəblərin birində müəllim işləyirdi. Həmin günü bacım azyaşlı övladı ilə birlikdə atamgilə qonaq gəlmişdi. Qaçaqaç düşən zaman atam, bacım və onun körpəsi ermənilərin silahlı hücumuna məruz qalıblar”.
Onun sözlərinə görə, hadisə zamanı atası və bacısı qətlə yetirilib, körpə isə girov götürülüb:
“Sonradan bacımın uşağı Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəsilə girovluqdan azad edildi. Amma atamın və bacımın harada dəfn olunduqları barədə məlumatımız olmadı. Buna görə də onlar itkin sayılırlar”.
Kəlbəcər sakini Maqsud Rəhimov isə deyib ki, atası Əskərxan kişi “Tunel” qırğını zamanı girov götürülüb. Onun sözlərinə görə, ermənilər atasının olduğu avtobusu pusquya salaraq bir neçə şəxsi güllələyib, bir qismini isə girov götürərək işgəncələrə məruz qoyublar.
Qeyd edək ki, “Tunel” qətliamını törədən dəstəyə məşhur terrorçu, sonralar Ağdam rayonu ərazisində öldürülən “Avo” ləqəbli Monte Melkonyan başçılıq edib.
Müsahibə
“Ermənilər “Tunel” qırğınında atamı və bacımı öldürüb, onun körpəsini isə girov götürdülər”
Siyasət
AB yüzminlərlə rusiyalı ilə bağlı qərar verəcək
Siyasət
Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
Siyasət
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Son xəbərlər
Moskvaya hücum: İki PUA vuruldu
İdman
Azərbaycan boksçusu Avropa çempionu oldu
Siyasət
Makronun reytinqi tarixi antirekordu yenilədi
İqtisadiyyat
Rusiya Trampla razılaşmadan 7 milyard dollar qazanacaq
Siyasət
Rusiyaya qarşı ən böyük sanksiyalar paketi təsdiqlənəcək
Son xəbərlər
ABŞ İranın raket istehsalı obyektlərini məhv edə bilməyib
Son xəbərlər
Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir
Bölgə
Kəlbəcərə qar yağdı, Yardımlıya dolu düşdü
Son xəbərlər
Latviya XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb
Siyasət
Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?
İqtisadiyyat
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir - Foto
Siyasət