İlk dəfə deyil ki, Ermənistan KİV və siyasətçiləri Zəngəzurdakı Azərbaycan-Ermənistan sərhədindəki “gərginləşmə” barədə yazırlar, baxmayaraq ki, söhbət sərhəddəki delimitasiyasından gedir. İş o yerə çatıb ki, Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın dediyinə görə, Rusiya Prezidenti Vladimir Putinə ikitərəfli razılaşma çərçivəsində yardım göstərilməsi xahişi ilə məktub göndərib. Bundan əlavə, onun sözlərinə görə, Fransa hərbi yardım göstərməyə hazırdır.

Xatırladaq ki, iki həftə əvvəl Milli Demokrat Qütbünün təmsil etdiyi erməni radikal müxalifəti Ermənistanın cənubunda fransalı hərbçilərin yerləşdirilməsi xahişi ilə Makrona üz tutub. Erməni KİV-nin verdiyi məlumata görə, daha sonra, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Cənubi Hərbi Dairəsinin komandanı general Aleksandr Dvornikov Ermənistana gedib və Zəngəzurdakı vəziyyəti Ermənistan Müdafiə Naziri Vaqarşak Arutyunyanla müzakirə edib.

Ancaq ən başlıcası isə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciətidir, hansı ki, üç gün ərzində öz qiymətini verməlidir.

Rusiya Federasiyası Hərbi Elmlər Akademiyasının professoru, tanınmış rusiyalı və belaruslu hərbi-siyasi analitik Aleksandr Tixanski Caliber.Az-a müsahibəsində KTMT-nin müdaxiləsi üçün sadəcə bir səbəb olmadığını qeyd edib:

- KTMT-nin hansısa kompetensiyasını görmürəm. Ötən il Qarabağdakı münaqişə zamanı orada yox idi, Azərbaycan KTMT üzvü olan Ermənistanla vuruşmadı. Ümumiyyətlə, Ermənistanın KTMT-yə üzv olması ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Təşkilatın baş katibi Yuri Xaçaturovun Ermənistan tərəfindən təşkilatın nüfuzuna ciddi ziyan vurmasına görə həbs olunduğunu xatırlada bilərik.

KTMT ölkələrinin mövqeləri məsələsi də var. İki il əvvəl Ermənistanın keçən əsrin 90-cı illərində işğal etdiyi (Azərbaycan - red.) ərazilərlə bağlı fəal danışıqlar aparıldı. İrəvan inadkarlıq etdi və cavabını aldı. Bu günə qədər KTMT-nin mövqeyi dəyişməyib. Heç kim müdaxilə etməyəcək. Rusiya əlindən gələni etdi: silahlı qarşıdurmaya son qoydu, sülhməramlı kontingenti gətirdi.

- İrəvan Bakını Ermənistanın dövlət sərhədlərini pozmaqda günahlandırır, baxmayaraq ki, söhbət bu sərhədləri mövcud xəritələrə görə müəyyənləşdirmək işindən gedir...

- Sərhəd ziddiyyətləri xüsusən də delimitasiya olmadıqda, həmişə baş verir. Bəs KTMT-nin bununla nə əlaqəsi var? Bu, Azərbaycan və Ermənistanın işidir, sərhədi delimitasiya etmək lazımdır.

Açıq hərbi təhlükə yoxdursa KTMT-ni işə qarışdırmaq nəyə lazımdır? Təcavüz və hücum haradadır? Deməli, Ermənistan KTMT-yə müraciətlə düzgün ünvan seçməyib.

Son xəbərlər

Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama

Nikol Paşinyan İlham Əliyevə zəng edib

Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı

OPEC+ neft hasilatını artırmaq qərarına gəldi

Omska PUA hücumu edildi, konsert ləğv olundu

Mingəçevirin mərkəzi ÇİRKAB SULARA QƏRQ OLUB: "Xəstəlik mənbəyidir" - VİDEO

Bütün regionu daş dövrünə qaytaracağıq... - İran hədələdi

Avropa liderləri Trampdan “qaçırlar

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı

İran Çin şirkətinin binasını vurdu: ölən var

Ərdoğan ilk dəfə “Ahbap” istintaqından danışdı

İsrail və ABŞ liderlərinin Vaşinqton görüşü: Əsas mövzu İrandır

Rusiya ordusu daha bir kəndi işğal etdi

Çad Beynəlxalq Cinayət Məhkəməsindən çıxır - Rəsmi qərar

İranın AzTV ilə bağlı qərarına Bakıdan sərt reaksiya

“Göyçayda ağacların qurban verildiyi inkişaf”

İran Ukraynanı hədələdi: "Cavabsız qalmayacaq"

Alla Puqaçova Kiyevdə konsert verməyə hazırdır

Ləğv edilən 19 bankda əmanətlərin ümumi məbləği…

Pezeşkianın çıxışı kəsildi: Hökumətdən sərt reaksiya...

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu

Bu türk ölkəsi Rusiyadakı vətəndaşlarına çağırış etdi

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz embarqosu elan etdilər

Türkiyədən Yunanıstana etiraz...

Tramp respublikaçılardan Lindsi Qremin istəyini reallaşdırmağa çağırıb

Tramp əsassız məlumatlara istinad edir - Peskov

İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı

Türkiyədə məhkəmə Netanyahunu beynəlxalq axtarışa verdi

Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi

Bütün xəbərlər