“Hesabda 8:0 hesabı ilə öndə idim. Hələ də rəqibin hesabı 15:15-ə necə gətirdiyini fikirləşirəm”.
Oxu.Az-a istinadən xəbər verir ki, bunu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa təsnifat turnirində Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmış parataekvondoçu Aynur Məmmədova deyib.
Bu gün Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyi ilə görüşdə iştirak edən Aynur Məmmədova bildirib ki, rəqibin hesabı bərabərləşdirdiyi gərgin döyüşdən sonra hələ də şokdadır:
“Həmin an sanki donmuşdum. Bir anlıq gözümün qarşısına gəldi ki, əziyyətlərimiz, bizə göstərilən dəstək boşa getdi. Sonda 15:15 hesabını saxlamağı düşünürdüm və bunu bacardım. Döyüş qızıl xala getdi. Həmin an var gücümlə zərbə vurdum və lazımi xalı qazandım. Bu mənə daha məsuliyyətli olmağı öyrətdi. Çünki qızıl xal uğrunda döyüş çox qorxuludur. Allaha şükür ki, bunu bacardım. Federasiyaya, müəllimlərimə təşəkkür edirəm. Hədəfim Paralimpiadada qızıl medal qazanmaqdır”.
Paralimpiya Oyunlarına lisenziya qazanmış digər parataekvondoçu Əbülfəz Abuzərli isə bildirib ki, bu uğurun ardı gəlməlidir: “Hər şeyi bir kənara qoyub, yalnız bu yarışı düşünürdük. İndi isə növbəti hədəf Paralimpiada çempionluğudur”.
Qeyd edək ki, parataekvondo üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Paralimpiya Oyunlarına Sofiyada maksimum – dörd lisenziya qazanıb. Təmsilçilərimizdən Əbülfəz Abuzərli (K-44, -75 kq), İmaməddin Xəlilov (K-44, -61 kq), Röyalə Fətəliyeva (K-44, -49 kq) və Aynur Məmmədova (K-44, + 58 kq) avqustun 24-dən sentyabrın 5-dək Yaponiyanın paytaxtı Tokioda baş tutacaq Yay Paralimpiya Oyunlarında iştirak hüququna yiyələnib.
Müsahibə
Qadın parataekvandoçu: “Hələ də rəqibin hesabı 15:15-ə necə gətirdiyini fikirləşirəm”
Son xəbərlər
İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi
Müsahibə
İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib
Son xəbərlər
Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib
Siyasət
Bayramov İshaq Darla Bişkekdə görüşdü
Mədəniyyət
Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto
Müsahibə
Fidan Məkkə İttifaqından danışdı: Qapılar açıqdır..
Hadisə
Çinin Baş prokuroru: Azərbaycan yaxşı dost, etibarlı tərəfdaşdır
Müsahibə
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir
Son xəbərlər
Azərbaycan və Qazaxıstan prezidentlərinin Bişkekdə görüşü olub - FOTO
Siyasət
İlham Əliyevlə Paşinyan arasında görüş keçirilir
Siyasət
Rusiyalı deputat nüvə silahı ilə hədələdi
İqtisadiyyat
Belçika Rusiya vəsaitləri ilə bağlı təklifi rədd etdi
Siyasət
Szinpin bu türk ölkəsinə səfər etdi
Son xəbərlər
ABŞ səfiri belçikalı naziri təhqir etdiyi üçün XİN-ə çağırıldı
Texnologiya