“Report” Ukraynanın təhsil və elm naziri Serhiy Şkarletin müsahibəsini təqdim edir.

- Azərbaycanla Ukrayna arasında elm və təhsil sahəsindəki əməkdaşlığı necə dəyərləndirirsiniz?

- Ukraynanın xarici siyasətində Azərbaycan daim öncül mövqeyə malik olub, aramızdakı əməkdaşlıq uğurlu inkişaf edir. Deyə bilərəm ki, hər iki ölkənin bir çox universitetləri arasında səmərəli əməkdaşlıq əlaqələri var. Məsələn, 2018-ci ildə Ukraynanın böyük gələcəyi olan ali təhsil ocaqlarından Yuri Kondratyuk Poltava Politexnik Milli Universiteti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə qarşılıqlı bakalavr hazırlanmasına dair ikitərəfli saziş imzalayıb. Ukraynanın bir sıra universitetlərində Ukrayna – Azərbaycan təhsil mərkəzləri fəaliyyət göstərir. Belə mərkəzlərdən biri də bir vaxtlar rektoru olduğum Çerniqov Politexnik Universitetində var. Həmçinin azərbaycanlı diasporu ilə də tələbə hazırlığı və s. sahələrdə səmərəli əməkdaşlığımız var. 2017-ci ildə Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak etmişik. Məncə, bu istiqamətdə daha bir tədbirə ehtiyac var, çünki hər iki ölkənin universitetləri ötən müddətdə xeyli nailiyyətlər qazanıb.

- Hazırda Ukraynada təhsil alan azərbaycanlı tələbələrin, eləcə də Azərbaycanda təhsil alan ukraynalı tələbələrin sayı nə qədərdir?

- 2021-ci ilin 1 yanvar tarixinə olan vəziyyətə görə 4 628 nəfər Azərbaycan vətəndaşı Ukraynada təhsil proqramlarında iştirak edirdi. O cümlədən 4 475 nəfər gündüz şöbələrində, 133 nəfər diplom sonrası təhsil alır, 20 nəfər hazırlıq bölmələrində dil hazırlığı keçir. Azərbaycanda təhsil alan ukraynalı tələbələrlə isə bağlı 2017-ci ildən bu yana statistik məlumatlar tutulmur, çünki bizdə təhsil almaq sərbəstdir, vətəndaş bu barədə bizə hesabat verməyə məcbur deyil. Hər halda əlimizdə olan natamam məlumatlara görə Azərbaycan universitetlərində 32 nəfər Ukrayna vətəndaşı təhsil alır. Təəssüf ki, bu gün Ukrayna ilə Azərbaycan arasında dövlətlərarası mübadilə proqramı yoxdur. Amma hökumətlərarası komissiya çərçivəsində bununla bağlı nəsə etmək olar.

- Bəs əvvəllər bu cür proqramlar olubmu?

- Bir sıra ölkələrlə, o cümlədən Çin, Tacikistan, bəzi Afrika ölkələrilə bu kimi proqramlar var. Hörmətli səfir Elmira Axundova ilə də təhsil proqramlarının tətbiqilə bağlı əməkdaşlığımızı inkişaf etdirmək barədə söhbətimiz olub.

- Bütövlükdə, Ukrayna ilə Azərbaycan arasında təhsil və elmlə bağlı hansı layihələr həyata keçirilir və ya nəzərdə tutulur?

- Hazırda ölkələrimiz arasında diplomların bərabərliyi və qarşılıqlı tanınmasına dair hökumətlərarası saziş var. Bu sənəd Ukraynada azərbaycanlı tələbələrin, Azərbaycanda da ukraynalı tələbələrin qəbulu üçün hüquqi zəmin təşkil edir. Təəssüf ki, Ukrayna və Azərbaycan Təhsil Nazirlikləri arasında hələ 1997-ci ildə imzalanmış əməkdaşlıq sazişi 2007-ci ildə qüvvədən düşüb. Xanım səfirlə apardığımız danışıqlarda təhsil sahəsindəki əməkdaşlıq sazişinin yenidən qüvvəyə minməsinə dair razılığa gəlmişik.

Daha bir mühüm sahə olan elmi-texniki əməkdaşlıq çərçivəsində müştərək elmi layihələrin icrası, elmi tədqiqatlar, elmi kadrlar mübadiləsi kimi işlər görmək imkanı yaradır. Əfsuslar olsun ki, elmi texniki əməkdaşlıq sazişimiz də hələ 2005-ci ildən qüvvədən düşüb. Onu bərpa etmək istiqamətində səfirliklə təmaslarımız davam edir.

2020-ci ilin sentyabr ayında xanım səfirlə söhbətimiz əsnasında diplomların qarşılıqlı tanınmasına dair hökumətlərarası sazişin 11-ci maddəsinə əsasən birgə komissiyanın onlayn iclasının keçirilməsinə dair razılığa gəlmişik. Ayrı-ayrı universitetlər arasında, o cümlədən Yuri Kondratyuk Poltava Politexnik Milli Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında əməkdaşlıqla bağlı müəyyən tədbirlər keçirilir, bu yaxınlarda ilk bakalavr müdafiələri başlayır. Yəni universitetlər arasında 4 il bundan əvvəl saziş imzalanıb və artıq əldə edilən nəticələri görmək vaxtıdır. Bu layihəni qarşıdakı dövrdə də davam etdirmək fikrindəyik, çünki ikili dipliomlar təhsil və elm sahəsindəki əməkdaşlığı inkişaf etdirmək üçün səmərəli vasitədir. Həmçinin Xarkov Politexnik İnstitutu ilə Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti kimi mühəndis kadrları hazırlığında ad çıxarmış ali təhsil ocaqları arasında da əməkdaşlıq qurulub.

Bundan əlavə, elmi işçilər, aspirantlar, magistrantlar mübadiləsi məsələsi də mühüm əhəmiyyət daşıyır.

- Bəs tələbələr hansı ixtisaslara daha çox üstünlük verir?

- Müəyyən istisnalar olmaqla bütövlükdə hüquq, menecment, həmçinin maliyyə, bankçılıq, sığorta kimi iqtisadi ixtisaslar, həmçinin çay və dəniz gəmiçiliyi kimi əhəmiyyətli sahələr ön plandadır. Son vaxtlar isə İKT vs. high-tech ixtisaslarına da maraq xeyli artıb.

- Məlum olduğu kimi, son vaxtlar Azərbaycanda Ukraynanın bəzi universitetlərinin diplomlarını tanımaq istəmirlər. Bu problemi necə həll etmək nəzərdə tutulur? Daha çox hansı universitetlərə üz tutmaq məsləhətdir?

- Ukraynada bütün mülkiyyət formaları bərabər tutulduğu üçün istər dövlət, istərsə də özəl universitetlərdə əvvəla, müvafiq lisenziya və akreditə sənədinə diqqət yetirilməlidir. Məlum olduğu kimi, hər bir universitet məhz lisenziya əsasında təhsil fəaliyyətilə məşğul olur, yəni lisenziyası olmayan universitetə daxil olmaq olmaz. Bununla bağlı hər hansı təsdiqlənmiş hal mənə çatmayıb. Olarsa, Azərbaycan Təhsil Nazirliyindən, yaxud ayrı-ayrı vətəndaşlardan sorğu qəbul etməyə, araşdırma aparmağa hazıram. Əslində hansısa universitetin lisenziya almadan fəaliyyət göstərərək sadəlövh əcnəbilərdən pul qoparmaları istisna deyil. Ona görə də abituriyentlər və valideynləri, xaricdə təhsil şirkətlərinin nümayəndələri əsas diqqəti lisenziyanın olub-olmamasına yönəltməlidir. Bundan başqa, akreditə sertifikatı universitetin diplom vermək hüququnu təsdiqləyir. Bu iki sənəddən biri olmadıqda universitetin fəaliyyəti qanunsuzdur.

- Ukraynanın son illər hərbi münaqişə meydanına çevrilmiş şərq regionunda nə qədər şagird təhsilini yarımçıq qoyub, nə qədər təhsil müəssisəsi ziyan çəkib?

- Yeri gəlmişkən, bu problemlə bağlı göstərilən tam dəstəyə görə Azərbaycan xalqına səmimi qəlbdən təşəkkür etmək istərdim. Bu müharibə başlamazdan həmin regionda, yəni Donetsk və Luhansk vilayətində 124 mindən çox tələbənin təhsil aldığı 17 universitet fəaliyyət göstərib, hazırda onlar köçürülüb. Hazırda yalnız təsdiqlənmiş məlumatlara görə, Donetsk vilayətində 93, Luqansk vilayətində 26 bağça və məktəbə ziyan dəyib. Həmin ziyan əsasən 2014-2015-ci illərdə vurulub. Hazırda BMT və UNİCEF ilə imzalanmış məktəblərin təhlükəsizliyi bəyannaməsi var, hərbi münaqişə davam etsə də, bu sənədə bir şəkildə əməl olunur. Həmçinin BMT Uşaq Fondu, UNİCEF kimi beynəlxalq təşkilatlar təhsil ocaqlarına çox böyük dəstək verir, onların bərpası proqramlarını icra edir. Biz onlara minnətdarıq. Əlbəttə, uşaqlar heç bir halda böyüklərin girovuna çevrilməməlidir, hərbi münaqişələrin təhsilə zərbə vurması yolverilməzdir.

Son xəbərlər

ABŞ və Britaniyanın maliyyə nazirləri arasında İranla bağlı QALMAQAL

Azərbaycan qazı AB-nin daha iki ölkəsinə çatdı

Trampdan İran açıqlaması: Buna imkan verməyəcəyik!

Sabirabadda “LevelUP” Karyera Forumu keçirilib.

Trampdan Konqresə: Müharibə bitdi

Sabirabadda Kür çayı məcrasından çıxdı - VİDEO

Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü

Abşeronda Zərifə Əliyevanın 103 illiyi qeyd edildi

ABŞ İran tankerini ələ keçirdi

Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

İlk mərhələ başlayır: Ukrayna nə vaxt AB üzvü olacaq?

Porsche" "Bugatti" brendindən imtina edir

Prokurorluq 70 yaşlı icra başçısını yoxlayır

İsrail məni heç vaxt buna məcbur etməyib - Tramp

Prezidentdən bir sıra qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı FƏRMAN

Lukaşenko ABŞ ilə "böyük razılaşma"ya hazır olduğunu bildirib

İran hava məkanını qismən açdı

Donald Tramp Si Cinpinlə görüşünün tarixi xarakter daşıyacağına ümid edir

Putinin iqamətgahının ətrafına əlavə “Pantsir”lər quraşdırıldı

Səudiyyə Ərəbistanı "Şərq-Qərb" boru kəmərinin işini bərpa edib

İran əllərini tətikdən çəkməyəcək - Pezeşkian

Keşləni su basdı: Nazir müavini hadisə yerində - Video

SAXAL İranda 120 hədəfi atəşə tutub

ABŞ xüsusi təyinatlıları İranda əməliyyat keçirdi

Vilayət Eyvazov rəislərə tapşırıq verdi: Müraciətlər nəzarətə götürüldü

İslandiya və Norveç təhlükəsizlik təminatı üçün Aİ-ə üzv olmaq istəyirlər

Qurbanov ilk dəfə baş hakim kimi təyinat aldı

İran Hörmüzlə strateji qələbə qazandı

Ukrayna Pasxa atəşkəsinə hazırdır - Zelenski

Hakan Fidan Pakistan XİN başçısı ilə görüşdü

ABŞ əsgərlərini yandırmaq üçün gözləyirik - Qalibaf

İran İsrailin Modiin şəhərinə zərbələr endirdi

Husilərin lideri İsrail və ABŞ-ı hədələdi

Bütün xəbərlər