Vətən Müharibəsi iştirakçısı, mayor Ziya Kazımovun səhhətində ciddi problem yaranıb.
Bu barədə Unikal.org-a onun həyat yoldaşı məlumat verib. Xanım bildirib ki, Z.Kazımovun səhhətində yaranmış problemlərə görə psixiatr müalicəsinə başlanılıb. Onun sözlərinə görə, zabitimizin səhhətində yaranan problem getdikcə mənfi nəticələrə gətirib çıxarıb:
“Son günlər Ziyanın psixoloji durumu, davranışları bizi narahat etməyə başlayıb. Bəzən həyatını təhlükə altına ata biləcəyini belə düşünürük. Müharibə dövründə aldığı kantuziya, bundan əlavə, adının haqsız yerə hansısa işlərdə hallanması vəziyyəti daha da kritikləşdirib. Hazırda ciddi müalicə və nəzarət altındadır. Ancaq daha müfəssəl müalicə üçün Türkiyəyə getməsinə icazə verilməsini istərdik. Bununla bağlı Cənab Prezidentimiz İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban Əliyevadan dəstək istəyirik. Ümüd edirik ki, bundan əvvəlki müraciətlərimizə müsbət cavab verildiyi kimi, Ziya Kazımovun həyatının təhlükə altında olduğunu nəzərə alaraq, onun Türkiyədə müalicə olunması üçün müvafiq göstəriş veriləcək”.
Xatırladaq ki, qazi Ziya Kazımov bir müddət əvvəl məsuliyyətə cəlb edilərək həbs edilmişdi, daha sonra isə ev dustaqlığına buraxıldı.
Z.Kazımovun ev dustaqlığına buraxılması üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət olunmuşdu.
Qeyd edək ki, Vətən Müharibəsi iştirakçısı Ziya Kazımov Cəbrayıl-Füzuli, Cəbrayıl-Hadrut, Hadrut-Füzuli yolunun tam təhlükəsizliyini, o cümlədən, Xüsusi Təyinatlı Qüvvələrin təminat yollarının mühafizəsini təmin edib. Hadruta ilk girən komandirlərdən biridir. Ziya Kazımovun tabeliyində olan hərbi hissə Şuşa ətrafındakı yüksəkliklər uğrunda qəhrəmancasına döyüşüb.
Müsahibə
Hadruta ilk girən komandir Ziya Kazımovun səhhətində ciddi problem yarandı
Son xəbərlər
İlham Əliyev COP31-də iştirak edəcək
Mədəniyyət
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Müsahibə
İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"
Müsahibə
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edirlər - Canlı yayım
Siyasət
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
Son xəbərlər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib - Foto
Tarix
İlham Əliyev: "Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Video
Tarix
XİN-dən Zəfər Günü ilə bağlı paylaşım: Milli iradə
Bölgə
Hacıqabulda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram konserti keçirildi.
Müsahibə
Pakistanın baş naziri: "Biz həmişə Azərbaycanın yanındayıq
Tarix
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım etdi
Tarix
Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov
Müsahibə
Ərdoğan sabah Qarabağa gəlir
Tarix
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
İqtisadiyyat