Azərbaycanlı rejissor Teymur Qəmbərovun “Quxuroba” filmi MDB ölkələrinin “Dostluq” gənc kinematoqrafçıların beynəlxalq kino məktəbi tənqidçilərinin əsas mükafatına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, MDB ölkələri gənc kinematoqrafçıları beynəlxalq kino məktəbinin beşinci mövsümü bu il Gürcüstanın Batumi şəhərində gəncləri bir araya gətirib. Kino məktəbinin təşkil etdiyi müsabiqə proqramına 14 ölkədən 31 film daxil olunub.
Teymur Qəmbərov beynəlxalq kino məktəbinin müsabiqəsi barədə fikirlərini bölüşüb:
“Tədbirdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Hər bir iştirakçıya xüsusi diqqət var idi. Kino məktəbi yüksək səviyyədə təşkil edilmişdi. “Quxuroba” filmimiz kino tənqidçilərinin əsas mükafatına layiq görüldü. Filmi dəyərləndirən hər kəsə minnətdaram”.
“Quxuroba” filmi Rasim adlı taksi sürücüsünün başına gələn macəralardan bəhs edir. O, müdirindən vacib bir tapşırıq alır. Nəyin bahasına olursa-olsun, gəlinlik paltarını ucqar kəndə çatdırmalıdır. Bu yolda Rasim cavan bir qadını maşınına alır. Onların danışacaqları bir şey olmasa da, bir-birilərinə söyləyəcəkləri nəsə var. Beləliklə, iki fərqli tale bir yolda kəsişir.
Rejissoru və ssenari müəllifi Teymur Qəmbərov olan filmdə Elxan Səmədov, Roza İbadova Koçamaz, Rada Nəsibova, Cahangir Malik, İlqar Dadaş rol alıb.
Mədəniyyət
Azərbaycanlı rejissorun filmi mükafata layiq görüldü
Son xəbərlər
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Siyasət
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
Son xəbərlər
Ceyhun Bayramov ABŞ-a yollandı
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix
Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər