Bu gün Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Mükafatı Laureatı, görkəmli satira ustası Nəsibə Zeynalovanın anadan olmasından 105 il ötür.
Azərbaycan teatrsevərləri arasında “qayınana” kimi sevilən, Musiqili Komediya teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə xanım 20 aprel 1916-cı ildə Bakıda doğulub.
Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrət qazanıb. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb.
Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.
Aleksandr Tuqanov, Məhərrəm Haşımov, Ağasadıq Gəraybəylidən dərs alan tələbə Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina (“Şıltaq qızın yumşalması”, Vilyam Şekspir), Elvira (“Don Juan”, Jan Batist Molyer), Yelizaveta (“Mariya Stüart”, Fridrix Şiller) rollarını oynayıb.
Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa milli klassik operettalarımızın tamaşalarında Gülpəri, Cahan xala, Sənəm (“Ər və arvad”, “Arşın mal alan” və “Məşədi İbad”, Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım (“Əlli yaşında cavan”, Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.
Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova, həmçinin “Azərbaycanfilm”in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə (“Ögey ana”), Telli (“Böyük dayaq”), Züleyxa (“Ulduz”), Cənnət xala (“Qayınana”), Gülsüm (“Molla Fətəlinin sərgüzəşti”), Əsli xala (“Bəyin oğurlanması”) rolları daha şöhrətlidir.
Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1967-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. “Hicran” musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır.
Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.![]()

Mədəniyyət
Azərbaycanın görkəmli səhnə xadimi Nəsibə Zeynalovanın doğum günüdür.
Son xəbərlər
Rusiya Ukraynada AES-i vurdu - Xəbərdarlıq
Son xəbərlər
Bakının bu ərazisində torpaq kəskin bahalaşdı
Müsahibə
Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub"
Siyasət
Tramp İranla müharibəyə xərclənən 30 milyardı "qəpik-quruş" sayır
İqtisadiyyat
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
Texnologiya
WhatsApp"da saxta 100 manatlıq "Zəfər Günü hədiyyəsi": Vətəndaşlara xəbərdarlıq - Foto
İdman
UEFA Çempionlar Liqası: "Qalatasaray" "Ştutqart"a, "Atletiko Madrid" "Bavariya"a qarşı
Siyasət
İran xəbərdarlıq etdi: Avropaya zərbə endiriləcək!
İqtisadiyyat
ABŞ Rusiya qazının Avropaya tədarükünün bərpasını dəstəkləyir
Son xəbərlər
Xamenei ABŞ ilə danışıqlar aparmaq üçün İran hökumətinə səlahiyyət verdi
Siyasət
Paşinyan: "Müxalifətin zaminlərin himayəsi altında fəaliyyəti siyasi fəlakətlə nəticələnəcək
Siyasət
Çində məmurların əmlakları üzərində nəzarət gücləndiriləcək
Siyasət
Tramp Netanyahu ilə razılaşmadı: İrana hücum...
Siyasət
İsveç xüsusi təyinatlıları rus gəmisini ələ keçirdilər
Siyasət