Azərbaycan ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransında ölkə pavilyonu ilə iştirak edəcək.
“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda keçirilən “Dayanıqlı maliyyə və investisiya” mövzusunda II Bakı Forumunda bildirib.
Onun sözlərinə görə, bu məsələ nazirliyin əlaqələndirilməsi və Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşacaq.
“İştirakımızın əsas məqsədi iqlim dəyişmələri ilə mübarizəyə verilən önəmi vurğulamaq, yaşıl iqtisadiyyata keçid, iqlim dayanıqlığının təmini üzrə ölkəmizdə tətbiq edilən innovativ idarəçilik metodlarını beynəlxalq ictimaiyyətə nümayiş etdirməkdir. Ölkə pavilyonumuzda yerli və beynəlxalq qurumlar daxil olmaqla ümumilikdə 25-ə yaxın paralel görüşlərin keçirilməsi planlaşdırılır. Görüşlərdə əsas diqqət iqlim fəaliyyəti, iqlim maliyyəsi, yaşıl enerjiyə keçid, su qıtlığı, dairəvi iqtisadiyyat, ətraf mühitin sağlamlığı, iqlim fəaliyyətinə gənclərin cəlb edilməsi və digər mövzulara yönəldiləcək”, - deyə o qeyd edib.
İqtisadiyyat
Azərbaycan ilk dəfə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tədbirində iştirak edəcək
Tarix
Türkiyədə Azərbaycan Bulvarı açıldı - Ərdoğan
Siyasət
Ceyhun Bayramov Abbas Əraqçı ilə təhlükəsizlik məsələlərini müzakirə etdi
Son xəbərlər
Prezidentdən maaş və pensiyalarla bağlı şad xəbər
Son xəbərlər
Prezident İlham Əliyev: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
Son xəbərlər
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Müsahibə
Prezident: "Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir
Siyasət
Fransa Ermənistana 250 milyon avro kredit verir
Siyasət
Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi
Son xəbərlər
Prezident onlara müraciət ünvanladı
Son xəbərlər
Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü
İdman
Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi - FOTO
Son xəbərlər
Rusiya Şimali Koreyadan daha 10 min hərbçi cəlb edir
Bölgə
İlham Əliyev üç rayona başçı təyin etdi
Siyasət
Zelenski qisas vəd etdi: Rusiya mütləq cavab verəcək
Siyasət