Avropa İttifaqı Çinin “Bir kəmər, bir yol” layihəsinə rəqib olaraq hazırladığı “Qlobal Gateway” (Qlobal Keçid Qapısı) layihəsini tanıtmaq üçün gələn həftə təxminən 20 ölkənin rəhbərlərini Brüsselə toplayacaq.
Sammitin oktyabrın 17-də Çinin təşəbbüsü ilə 130-dan çox ölkəni Pekinə toplayıb “Bir kəmər, bir yol” layihəsi ətrafında müzakirələri təşkil etdiyi foruma cavab olaraq təşkil edildiyi bildirilir.
Qeyd olunur ki, oktyabrın 25-26-da Brüsseldə keçiriləcək “Qlobal Gateway” Forumunda iştirak edəcək dövlət və hökumət başçıları arasında Banqladeş, Seneqal, Namibiya və Moldovanın dövlət və hökumət başçıları da yer alacaqlar.
Məlumat üçün əlavə edək ki, “Qlobal Gateway” adlı layihəyə 300 milyard avronun xərclənməsi planlaşdırılır.
Avropa İttifaqı (Aİ) yeni investisiya proqramı ilə Çinin yeni “İpək Yolu” layihəsinə rəqib olmağı nəzərdə tutub. AB Komissiyasının sədri Ursula fon der Lyayen tərəfindən Brüsseldə ictimaiyyətə təqdim edilən layihə çərçivəsində 2027-ci ilə qədər dövlət və özəl resurslardan istifadə etməklə, dünya miqyasında avtomobil yolları, dəmir yolları kimi nəqliyyat əlaqələri ilə dənizin altından keçən fiber-optik internet kabelləri, elektrik şəbəkələri və infrastruktur layihələri həyata keçiriləcək, səhiyyə sisteminə investisiya qoyulacaq.
“Global Gateway” adlanan layihə rəsmi olaraq bu cür fəaliyyətə başlamasa da, 2013-cü ildə Türkiyənin də daxil olduğu Çinin həyata keçirdiyi “Bir kəmər, bir yol” layihəsinə Aİ-nin cavabı hesab olunur.
Mənbə: Bloomberg
İqtisadiyyat
Avropa İttifaqı Çinin “Bir kəmər, bir yol” layihəsi əleyhinə hərəkətə keçdi
Siyasət
Bolsonaro özünü Braziliyanın seçilmiş prezidenti elan edib
Siyasət
Ukraynadan Rusiyaya Donetsklə bağlı təklif
Siyasət
TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar
Siyasət
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"
Son xəbərlər
İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"
Siyasət
Seçkinin ilkin nəticəsi: Netanyahu qalib gəlir...
Siyasət
Ukrayna ilə bağlı danışıqlar bu tarixdə keçiriləcək - Tusk
Müsahibə
Avropa istəsə, qaz tədarükünü bərpa edərik - Novak
Siyasət
Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"
Siyasət
Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq
İqtisadiyyat
Azərbaycan neftinin qiyməti 127 dolları ötdü
Müsahibə
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
Siyasət
Britaniyaya müharibəyə hazırlaşmaq üçün 1000 gün vaxt verildi
Hadisə
Moskvanın bütün hava limanları bağlandı
Son xəbərlər