İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF) təşkilatçılığı ilə “Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmləri” mövzusunda vebinar keçirilib.
Nazirlikdən verilən məlumata əsasən, vebinarda 40-dan artıq sahibkar və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq arzusunda olan şəxs, startap təmsilçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Tədbirdə İqtisadiyyat Nazirliyinin Sahikarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Samir Hümbətov ölkənin davamlı iqtisadi inkişafı və iqtisadi dayanıqlığın təmin olunmasında özəl sektorun rolunu vurğulayıb, sahibkarlıq subyektlərinə dövlət dəstəyi mexanizmlərini qeyd edib, güzəştli maliyyə resurslarına çıxışının genişləndirilməsi istiqamətində SİF tərəfindən həyata keçirilən tədbirlərdən bəhs edib. Vebinarda Fondun yeni strategiyası, həmçinin Fond tərəfindən təqdim olunan məhsul və xidmətlər barədə məlumat verilib.
Bildirilib ki, pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara dəstək məqsədilə Fond tərəfindən kredit-zəmanət və faizlərin subsidiyalaşdırılması mexanizmləri tətbiq edilir. Bu fəaliyyətin şəffaf şəkildə və real vaxt rejimində həyata keçirilməsi üçün Elektron Kredit Platforması istifadəyə verilib. Sonra vebinar iştirakçılarının sualları cavablandırıb, təkliflərini dinlənilib.
Qeyd edək ki, sahibkarlar arasında ictimai məlumatlılığın artırılması məqsədilə bu cür tədbirlərin təşkili davam etdiriləcək.
İqtisadiyyat
“Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmləri” mövzusunda vebinar keçirilib
Hadisə
Tehranda metro stansiyaları sığınacaq kimi hazırlanır
Son xəbərlər
Putinlə Tramp arasında telefon danışığı olub
Siyasət
Qələbə çox yaxındır, əminik... - Peskov
İqtisadiyyat
Kanada ABŞ məhsullarına 50 faizlik rüsumlar tətbiq etdi
Son xəbərlər
Əli Əsədov onu vəzifədən azad etdi
Siyasət
Putin Paşinyanı Moskvaya çağırdı - Peskov
Müsahibə
Almaniyanın bu addımı müharibənin başlanğıcıdır - Lavrov
Siyasət
Avropalı müşavirlər də Kiyevə gəldilər
Texnologiya
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub - FOTO
Siyasət
Ukraynaya hücumlar dayandırıldı: Putindən orduya tapşırıq
İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
Siyasət
Tramp Ukraynaya xərclənən vəsaiti Avropadan tələb edəcək
Bölgə
Qax sakinlərinin yığdığı fındıq niyə əllərində qalıb? - VİDEO
Siyasət
Bayramov İsveçin yeni səfiri ilə görüşdü
Son xəbərlər