Yanvarın 18-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndə heyətini qəbul edib.
SOCAR-dan “Report”a verilən məlumata görə, görüşdə çıxış edən Türk Şurasının Baş katibi Bağdad Amreyev Qarabağın azadlığı uğrunda Azərbaycanın haqq mübarizəsində Türk xalqlarının Azərbaycanın yanında olduğunu bildirib.
Baş katib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən il Türk Şurasının sədri olduğu qeyd edərək Azərbaycanın Türk Şurasının işində vacib rol oynadığını və Azərbaycan Prezidentinin hazırda türkdilli xalqlar arasında çox populyar şəxs olduğunu xüsusi qeyd edib. Qonaq həmçinin Türkdilli ölkələrin işğaldan azad edilmiş Qarabağın bərpası prosesində birgə fəaliyyətinin zərurətindən söz açıb.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev türkdilli ölkələr arasında birliyin gücləndirilməsində iqtisadi əməkdaşlığın əhəmiyyətindən bəhs edib, SOCAR-ın bu işə töhfələri haqqında məlumat verib. Qeyd oluub ki, hazırda SOCAR-ın əməliyyatları Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın əsasını təşkil edir. Bu iqtisadi əməkdaşlığın təməli ulu öndər Heydər Əliyevin yeni neft strategiyası ilə qoyulmuş, neft ixracının qərbə istiqamətləndirilməsi Azərbaycanla Türkiyəni bir-birinə daha da sıx bağlayıb.
SOCAR-ın prezidenti həmçinin digər türkdilli dövlətlərlə də iqtisadi əlaqələrin inkişafından söhbət açıb. O qeyd edib ki, SOCAR-la əməkdaşlıq çərçivəsində Qazaxıstanın “Kazmunayqaz” şirkətinin “Sətti” qazma qurğusu Xəzər dənizinin Azərbaycan sektorunda qazma işlərinə cəlb olunub. Türkmənistanla neft-qaz ticarəti istiqamətində əməkdaşlıq genişlənməkdədir. Özbəkistanın “Özbəkneftqaz” şirkəti ilə kəşfiyyat istiqamətində işlərin genişləndirilməsi məqsədi ilə üçtərəfli əməkdaşlıq sazişi imzalanıb. Türk Şurasının fəal üzvü olan Macarıstanın MOL şirkəti Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsində və Bakı-Tbilisi-Ceyhan boru kəmərində paya malikdir. Qeyd olunub ki, SOCAR son 15 il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə lokal şirkətdən qlobal şirkətə çevrilib və iqtisadi əməkdaşlıq coğrafiyasını genişləndirib. Görüşdə gələcəkdə türkdilli dövlətlərin enerji sahəsində birgə layihələrinin reallaşdırılması, həmçinin futbol sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Görüşdə AFFA-nın İcraçı vitse-prezidenti Elxan Məmmədov da iştirak edib.![]()
![]()
![]()
İqtisadiyyat
SOCAR-da Türk Şurası üzvləri ilə görüş olub - FOTO/VİDEO
Son xəbərlər
İlham Əliyev COP31-də iştirak edəcək
Mədəniyyət
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Müsahibə
İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"
Müsahibə
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edirlər - Canlı yayım
Siyasət
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
Son xəbərlər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib - Foto
Tarix
İlham Əliyev: "Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Video
Tarix
XİN-dən Zəfər Günü ilə bağlı paylaşım: Milli iradə
Bölgə
Hacıqabulda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram konserti keçirildi.
Müsahibə
Pakistanın baş naziri: "Biz həmişə Azərbaycanın yanındayıq
Tarix
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım etdi
Tarix
Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov
Müsahibə
Ərdoğan sabah Qarabağa gəlir
Tarix
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
İqtisadiyyat