İdman
11.06.2015, 00:29
Messi məhkəməlik oldu
İspaniya hökuməti tərəfindən 2007-2009-cu illər arasında 4,1 milyon avro vergidən yayınmaqda günahlandırılan Barselonanın argentinalı futbolçusu Lionel Messinin başı dərddədir.
Bu pulu faizi ilə geri ödəsə də, ispaniyalı hakim haqqındakı istintaqın davam etməsini istəyib. Məhkəmənin qəbul etdiyi bu qərar dünyanın bir nömrəli futbolçusu olan Messini şübhəli şəxs qismində kürsüyə oturmağa məcbur edəcək.
Messinin vəkilləri maliyyə işlərindən atasının məsul olduğunu deyiblər. Argentinalı futbolçu haqqındakı istintaqın bağlanmasını tələb etsə də, hakim bu təklifi rədd edib. Və onun da normal vətəndaşlar kimi hesabat verməyini istəyib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay