İdman
14.02.2015, 00:44
Messinin oyunu başqalarını da yoluxdurur
"Barcelona"nın argentinalı futbolçusu Xavier Maskerano bir daha Messini dünyanın ən güclü oyunçusu hesab etdiyini bildirib.
Maskerano həmyerlisinin "Barcelona" üçün əhəmiyyətini də vurğulayıb.
"Messi indi qənaətbəxş formadadır. O, yaxşı oynayanda komandanın da səviyyəsi yüksəlir. Ümid edirəm ki, eyni tempdə yolumuza davam edəcəyik.
"Barcelona"ya matçın taleyini həll edə bilən Messi lazımdır. Onun oyunu başqalarını da yoluxdurur.
Messi son 5 ilin ən yaxşı futbolçusudur. Mən Pele və Alfredo Di Stefanonun görüşlərini canlı izləməmişəm. Bir az Maradonanın oyununu görmüşəm. Maradona və Messini müxtəlif mövqelərdə oynadıqları üçün müqayisə etmək çətindir. Amma, fikrimcə, Messi ən yaxşı futbolçudur".
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay