Lionel Messi “Barselona” ilə yeni müqavilə imzalamayacaq.
Bu barədə klubdan verilən açıqlamada bildirilib.
Ulduz futbolçu klubu ilə razılaşa bilməyib.
Bildirilib ki, bir müddət öncə tərəflər arasında yeni müqavilə ilə bağlı razılıq əldə olunsa da, maliyyə şərtləri və digər məsələlərə görə əməkdaşlığa xitam verilib.
"Barselona" 34 yaşlı forvarda xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Messi 2003-cü ildən "Barselona"da çıxış edirdi. O, bu komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, yeddi dəfə ölkə kubokunu, səkkiz dəfə isə superkuboku qazanıb. Dörd dəfə Çempionlar Liqasının qalibi olan təcrübəli hücumçu üç dəfə UEFA Super Kubokunda və klublararası dünya çempionatında qələbə sevinci yaşayıb.
Messi ötən mövsüm İspaniya La Liqasında 35 matçda iştirak edərək, 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 oyununda 5 qol və 2 məhsuldar ötürmə var.
Qeyd edək ki, Messi 2000-ci ildən “Bareselona”nın şərəfini qoruyub və 2003-cü ildən əsas komandada çıxış edib.
Lionel Messi “Barselona” ilə vidalaşdı - RƏSMİ + FOTO
İqtisadiyyat
Azərbaycanda yükdaşıma ilə bağlı yeni cərimə
Hadisə
ABŞ-da qasırğalar səbəbilə 360-dan çox aviareys ləğv edilib
Son xəbərlər
Nəsimi Musayevin həbs müddəti uzadıldı
İdman
Azərbaycanda bəzi şəxslərə gündəlik işə görə 100 manat ödəniləcək
Siyasət
Ukrayna münaqişəsi ilə bağlı konsepsiya hazırlamışıq - Kuşner
İqtisadiyyat
Aİ Şurası Ukraynaya 45 milyard avro ayrılması ilə bağlı qərar qəbul edib
İqtisadiyyat
Tramp fond bazarındakı kəskin enişə görə demokratları günahlandırıb
Siyasət
Rusiya Zelenski ilə danışıqlar aparır? - Uşakov
İqtisadiyyat
İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman
Texnologiya
Qara dənizdə NATO kəşfiyyat təyyarələri...
Siyasət
Əli Əsədov Gürcüstanın baş nazirinin müavini ilə görüşüb
Hadisə
Yardımlıda 7 yaşlı uşaq çayda boğularaq öldü
Son xəbərlər
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - Foto
Siyasət
Burada Azərbaycanın mövqeyi nəzərə alınmalıdır - Bayramov
Hadisə