Parisdə terrorçunu vəhşicəsinə güllədən keçirdilər – VİDEO (18+)
GİGN-nin döyüşçüləri Əmədi Kulibalini amansızcasına güllələyiblər.
Fransa xüsusi təyinatlıları – GİGN-nin döyüşçüləri Parisin Port-de-Vensen rayonunda marketdən qaçıb çıxan terrorçu Əmədi Kulibalini amansızcasına güllələyiblər.
Cinayətkarın məhv edildiyi anı France3 telekanalının müxbirləri çəkə biliblər.
Bundan əvvəl France2 telekanalı xüsusi əməliyyatın başqa bir videosunu yaymışdı. Həmin videoda terrorçunun necə məhv edildiyi görünmürdü, həmin hissə kəsilmişdi və belə təəssürat yaranırdı ki, marketdən çıxıb qaçmaq istəyən terrorçu yox sadəcə girovlardan biridir.
Qeyd edək ki, fransız Əmədi Kulibali marketdə 20-yə yaxın alıcı və işçini əsir götürərək, Charlie Hebdo jurnalının redaksiyasına hücum etmiş, Dammarten-an-Qoel şəhərində polisin mühasirəyə aldığı Səid və Şərif Kuaşi qardaşlarını buraxmağı tələb edirdi.
Fransız xüsusi təyinatlılarının əməliyyatı nəticəsində marketdə heç bir girov zərər çəkməsə də, Kulibali özü hücumdan əvvəl üç nəfəri güllələyibmiş.(oxu.az)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay