Güləşçilərimiz Moskvadan beş medalla qayıdır
Bu gün Azərbaycan xalqı üçün xüsusi gündür. Belə ki, bu gün Ali Baş Komandan İlham Əliyev Azərbaycan ordusunun Şuşa şəhərini işğaldan azad etdiyini elan edib.
Məhz elə bu gün Moskvada keçirilən yarışda sərbəst güləş yığmamız biri qızıl, ikisi gümüş və ikisi bürünc olmaqla 5 medal qazanıb.
Komandamızın böyük məşqçisi Zəlimxan Hüseynov Azərbaycan Güləş Federasiyasının rəsmi saytına verdiyi açıqlamada bu medalları Azərbaycan xalqına həsr etdiklərini bildirib və Şuşanın azad olunması münasibəti ilə xalqımızı təbrik edib.
“Qran-pri”də qızıl medal qazanan Şamil Zubairov da təəssüratlarını bölüşüb: “Bu yarışda ilk dəfə 97 kq-da mübarizə apardım. Olimpiya çəkisində uğur qazandığım üçün çox sevinirəm. Azərbaycan xalqı bu günü həm də bayram kimi qeyd edir. Hamı Şuşanın işğaldan azad olunmasına çox sevinir. Fürsətdən istifadə edib, mən də təbriklərə qoşuluram və qazandığım bu medalı Azərbaycana və Azərbaycan xalqına həsr edirəm”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay