İdman
11.01.2015, 20:01
Mənə atamın vəziyyəti haqqında çox sual verirlər
"Mənə atamın vəziyyəti haqqında çox sual verirlər".
Dekabrın 21-də xəstəxanaya yerləşdirilən əfsanəvi boksçu Məhəmməd Əli gələn həftə xəstəxanadan buraxıla bilər.
Bu haqda onun qızı - peşəkar boksçu Leyla Əli bildirib.
"Mənə atamın vəziyyəti haqqında çox sual verirlər. Bircə onu deyə bilərəm ki, onun səhhəti yaxşılığa doğru gedir", - deyə o jurnalistlərə bildirib. O həmçinin qeyd edib ki, atası yüngül formada sətəlcəm (ağ ciyər iltihabı) keçirib.
Xatırladaq ki, Məhəmməd Əli dekabrın 20-də sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Həkimlər də 72 yaşlı boksçunun həyatı üçün heç bir təhlükənin olmadığını və onu tezliklə evə buraxacaqlarını bildirmişdilər.
anspress.com
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay