Hadisə
9.03.2015, 15:43
Kosmosun ən sürətli ulduzu kəşf olundu
Astronomlar kosmosda ən sürətli irəliləyən ulduzu müəyyən ediblər. "US 708 adlı bu nəhəng göy cismi "Milky Way" Qalaktikasının kənarına doğru saniyədə 1200 kilometr, yəni saatda təxminən 4 milyon 345 min kilometr sürətlə hərəkət edir, - "Cihan".
Qalaktikanın sürət rekordlarını alt-üst edən "US 708 helium ulduzu çox böyük bir termo-nüvə süpernova (ulduz partlayışı) ilə yaranıb.
Partlayışdan sonra böyük bir sürətlə irəliləyən "US 708 ulduzu, Havayadakı U. M. Kek Rəsədxanası və Pan-STARRS1 teleskopundan əldə olunan göstəricilər ilə kəşf olunub. Araşdırmanı Avropa Cənub Rəsədxanasının (ESO) Almaniyadakı mərkəzindən astronom Ştefan Geiyer və heyyəti həyata keçirib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay