Hadisə
22.02.2015, 18:48
Bakıda dəhşətli faciə: Ata və iki oğulu diri-diri yandılar
Yanğın ümumilikdə 6 evi əhatə edib.
Bu gecə Bakıda dəhşətli faciə baş verib.
Binəqədi rayonunda vətəndaşlara məxsus taxta konstruksiyalardan ibarət ümumi sahəsi 170 kv.m olan 6 evin yanar konstruksiyaları yanıb.
Yanğın zamanı 1979-cu il təvəllüdlü Cəlilov Şaiq Gülşad oğlu, 2008-ci il təvəllüdlü Cəlilov Amil Şaiq oğlu və 2010-cu il təvəllüdlü Cəlilov Kamil Şaiq oğlunun yanmış cəsədləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 04:23-də söndürülüb.
Hadisənin səbəbia araşdırılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay