26 noyabr 2020-ci il tarixdə paytaxtın Yasamal rayonu ərazisində Əliyev Əli Calal oğlunun bıçaqlanaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Yasamal rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Bu barədə Yasamal rayon prokurorluğu məlumat yayıb.
İstintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə Həsənağa Abdullayev dostu Elvin Şəmmədov ilə birlikdə daha əvvəl aralarında baş vermiş mübahisəni aydınlaşdırmaq məqsədilə Alı Nuriyev və dostları – Əli Əliyev, Elvin Kərimov, Babək Məşədiyev və Eltac Rəsulov ilə Yasamal rayonu, 2-ci Alatava ərazisində görüşüblər. Bu zaman H.Abdullayev cüzi mübahisəni bəhanə edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə bıçaqla Ə.Əliyevə xəsarətlər yetirərək qəsdən öldürüb, E.Şəmmədov isə hadisə yerindən götürdüyü müxtəlif ölçülü daşlarla münaqişədə iştirak edən şəxslərin üzərinə doğru hücum edərək onlara fiziki zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətləri edib.
Həsənağa Abdullayev Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə), 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə, Elvin Şəmmədov isə CM-nin 221.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hadisə
Bakıda kişi dostunu bıçaqla qətlə yetirdi
Tarix
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Siyasət
Husilər Səudiyyə Ərəbistanı ilə sülh üçün külli miqdarda pul tələb etdilər
Siyasət
İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...
Hadisə
DTX Biləsuvarda dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri saxladı
Texnologiya
Prezident qanun imzaladı
İqtisadiyyat
Azərbaycanda saatlıq əmək haqqı sistemi tətbiq ediləcək
Siyasət
Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan
Tarix
Müharibə Qəhrəmanına general rütbəsi verildi
Siyasət
Estoniya xarici işlər naziri Bakıya gəlir
Siyasət
İsraildə seçkinin nəticələri təsdiqləndi: Netanyahunun hökumət qurmaq üçün səsləri çatmır
Mədəniyyət
Zelenski Melaniya Trampı təltif etdi
Son xəbərlər
Rusiya Ukraynada AES-i vurdu - Xəbərdarlıq
Son xəbərlər
Bakının bu ərazisində torpaq kəskin bahalaşdı
Müsahibə
Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub"
Siyasət